Başqa yol yox artıq: “Torpaqlarımızı azad etməliyik” - Politoloq
Banuçiçək Kalbalıyeva
15:07 04.03.2020
Qarabağ
1230
Tofiq Abbasov: “Düşmən bütün danışıqlardan yayınmağa çalışır. Onlar daha geniş arealda yayılmağa cəhd göstərirlər”
“Biz isə hansı yolla olursa, olsun ermənilərdən birdəfəlik canımızı qurtarmalıyıq”
Moskva Humanitar Universitetinin beynəlxalq münasibətlər və diplomatiya kafedrasının müdiri, Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan şöbəsinin keçmiş rəhbəri Nikolay Platoşkin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yeni təkliflə çıxış edib. N.Platoşkin bildirib ki, münaqişənin həlli ilə bağlı hazırkı variantlardan fərqli olan yollar axtarmaq lazımdır:
“Ən real variantlardan biri işğal edilmiş 7 rayonun və Dağlıq Qarabağın bir hissəsinin Azərbaycana qaytarılmasıdır. Qarabağın digər hissəsi, eləcə də kommunikasiya üçün Laçın dəhlizi Ermənistanda qalır. Amerikalı analitik Pol Qobl 20 il əvvəl belə bir plan hazırlamışdı. Lakin Ermənistan İranla sərhəddən məhrum edilməməli və Laçın dəhlizi əvəzinə Meqri Azərbaycana verilməlidir”.
Təklifi “Sherg.az”a şərh edən politoloq Tofiq Abbasov vurğulayıb ki, bir çox siyasətçi kimi Platoşkin də erməni tərəfinin haqsız olduğunu bilir:
“Platoşkin çox ağıllı və praqmatik siyasətçidir. Mən dəqiq bilirəm ki, o, ermənipərəstdir. Ancaq bununla belə, səsləndirdiyi təklifdən Platoşkinin ədalət tərəfində olduğu hiss edilir”.
Ekspert düşünür ki, bu təkliflə razılaşmaq düşmən tərəfinə sərf etmir:
“Tarix boyu biz ermənilərə dost kimi yanaşmışıq, çox yaxşılıqlar etmişik. Ancaq onlar bu fürsətlərin hər birindən bizim əleyhimizə istifadə etdilər. Ölkəmizin ən dilbər guşəsi bu gün ermənilərin tapdağı altındadır. Əlbəttə, biz nə olursa, olsun torpaqlarımızı azad etməliyik. Düşmən isə bütün danışıqlardan yayınmağa çalışır. Onlar qondorma bir dövlət yaratdıqlarına görə ərazilərini genişləndirməyə, daha geniş arealda yayılmağa cəhd göstərirlər. Bu səbəbdən də düşünmürəm ki, rus politoloqun təklifi ilə razılaşsınlar. İndiyə kimi çox belə təkliflər səslənib”.
T.Abbasov qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır:
“Prezident İlham Əliyevin də Münhen konfransında vurğuladığı kimi, əgər Xankəndi tarixi erməni torpaqları olsa idi niyə adını dəyişib Stepanakert qoyurdular? Deməli, onlar bizim torpaqlarımızı işğal ediblər. Və biz hansı yolla olursa, olsun ermənilərdən birdəfəlik canımızı qurtarmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qalatasaray"ın yeni transferi İstanbula çatdı
21:17 04.02.2026
Futbol
Ərdoğan İlham Əliyevi təbrik etdi
21:00 04.02.2026
Siyasət
Paşinyanın qızının maaşı yenidən müzakirə olunur
20:32 04.02.2026
Region
Si Cinpin Trampla İranı müzakirə edib - YENİLƏNİB
20:17 04.02.2026
Dünya
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm