Bəyanat, qətnamə dövrü bitib – Silahlar danışmalı...
Banuçiçək Kalbalıyeva
12:35 10.03.2020
Qarabağ
1581
«Ermənistan 27 ildir ki, sülhə yaxın durmur. Deməli, biz hərbi yolla torpaqlarımızı azad etməliyik»
«Yalnız bundan sonra Dağlıq Qarabağa səfər etmək istəyənlər işğalçılardan yox, bizdən icazə alacaqlar"
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı yenilənib. Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına 947 nəfərin adı salınıb. Qeyd edək ki, 2020-ci ilin fevralın 5-də təqdim edilmiş siyahıda 936 nəfərin adı olub.
Yaxşı, bəs bu siyahıyalınmanın əhəmiyyəti olurmu? Görünür, yox. “Qara siyahı”dan qorxanlar azdır. Bəlkə də, yoxdur. Elə isə nə etmək lazımdır?
Bu barədə “Sherg.az”a fikirlərini bildirən millət vəkili Elman Məmmədov deyir ki, Azərbaycan tərəfi mütləq bunu etməlidir:
“Biz işğalçılara və onları dəstəkləyənlərə etiraz əlaməti olaraq “Qara siyahı”nı tərtib etməliyik. Onlar az da olsa utanmaq hissi olsa, əməllərindən əl çəkərlər. Əksinə, əməllərinə davam etməklə cinayətkarlarla həmfikir olduqlarını sübut edirlər”.
Deputatın sözlərinə görə, belə mənfi halları dayandırmağın yeganə yolu torpaqlarımızı hərbi yolla azad etməkdir:
“Artıq bəyanatlara, qətnamələrə ümid etmək lazım deyil. Ermənistan 27 ildir ki, sülhə yaxın durmur. Deməli, biz hərbi yolla torpaqlarımızı azad etməliyik. Yalnız bundan sonra Dağlıq Qarabağa səfər etmək istəyənlər işğalçılardan yox, bizdən icazə alacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm