Bir neçə aydan sonra Zəngilan rayonunun bəzi sakinləri doğma yurdlarına qayıdacaq
01:18 19.08.2021
Qarabağ
846
Akif Nağı: "Axır ki, işğaldan azad olunmuş bölgələrimizə öz doğma sakinləri qayıdacaq"
"Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 16-da Kəlbəcər şəhərində dövlət bayrağının ucaldılması mərasimində çıxış edərkən deyib. Dövlət başçısı bildirib ki, indiki mərhələdə əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirməkdir, azad edilmiş torpaqlarda möhkəmlənməkdir:
"Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir. Mən artıq bildirmişəm, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçildi. Artıq işlər gedir ki, o kəndlərin bərpasına start verək və vətəndaşları oraya qaytaraq. Ağdam şəhərinin baş planı təsdiqləndi, digər şəhərlərin baş planının təsdiqlənməsi yaxın aylarda nəzərdə tutulur. Beləliklə, biz bundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərək, bu hədəflərə çatmağa da nail olacağıq".
Prezidentin qayıdışla bağlı fikirlərinə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı "Şərq"ə açıqlamasında deyib ki, artıq möhtəşəm qələbəmizdən sonra "Böyük Qayıdış"a da başlanılmalıdır: "Bilirsiniz ki, vətəndaşlarımız 30 ildir ki, öz doğma yurd-yuvalarına qayıtmaq istəyirlər. Sevindirici haldır ki, cənab Prezident İlham Əliyev bir neçə aydan sonra bu prosesə start veriləcəyini bildirdi. Axır ki, işğaldan azad olunmuş bölgələrimizə öz doğma sakinləri qayıdacaq. Hesab edirəm ki, bu, "Böyük Qayıdış" böyük qələbənin, əldə edilmiş nəticələrin yekunu olacaq. Düzdür, hazırda müəyyən narahatlıqlar var, insanlar tələsirlər ki, yurdlarına tez qayıtsınlar. Təbii ki, bu, başadüşüləndir. Ancaq daha geniş miqyasda bütün işğaldan azad olunmuş ərazilərə böyük köçlərin başlanması üçün evlər tikilməli və paralel şəkildə infrastrukturlar qurulmalıdır. Fikrimcə, ilkin mərhələdə insanların müəyyən qruplarla öz yurduna ziyarətinin təşkil edilməsi çox mühüm olar. Elə bunun özü də "Böyük Qayıdış"ın tərkib hissəsidir. Eyni zamanda, insanlar 30 ildir ki, yaxınlarını başqa yerlərdə dəfn ediblər. Düşünürük ki, işğaldan azad olunmuş ərazilərimizdə qəbiristanlıqların müəyyən bir hissəsi minalardan təmizlənməli və insanlar doğmalarını 5-6 nəfərlə həmin yerlərdə dəfn etməlidirlər. Hesab edirəm ki, bu istiqamətdə işlər görülməlidir və insanların həsrətinə tezliklə son qoyulmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
16:05 16.07.2026
Hadisə
İran Küveytə dron hücumu edib
15:52 16.07.2026
Gündəm
Aya aparılan SSRİ bayrağı 80 min dollara satıldı
15:44 16.07.2026
Futbol
Futbolçu qorxur, mundialdan ölkəsinə qayıda bilmir
15:30 16.07.2026
Futbol
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub
15:15 16.07.2026
Dünya
Politoloq: "3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir
14:59 16.07.2026
Region
Böyük Britaniyada "TikTok"a qarşı rəsmi istintaq başlanıldı
14:54 16.07.2026
Dünya
Yaponiyada ikinci paytaxt yaradılır
14:47 16.07.2026
Dünya
Əliabbas Müznibin “Dirilik” məfkurəsi
14:25 16.07.2026
Tarix
Bakıda güclü külək nə vaxta qədər əsəcək?
14:05 16.07.2026
Ekologiya
Türkiyə S-400 məsələsi ilə bağlı işlərin davam etdiyini açıqladı
13:56 16.07.2026
Region
SEPAH hədələdi: Bölgədə hər şeyi məhv edəcəyik!
13:40 16.07.2026
Region
Ukraynanın yeni Baş naziri təyin edilib
13:28 16.07.2026
Dünya
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
13:22 16.07.2026
Siyasət
Rusiya Ukraynaya kütləvi zərbələr endirib
13:16 16.07.2026
Gündəm
22 İyul Azərbaycanda Milli Mətbuat Günüdür
13:13 16.07.2026
Media