"Cəbrayıl 44 günlük müharibədə işğaldan azad edilən ilk böyük rayon idi. Cəbrayılın düşməndən təmizlənməsi ordumuzun və xalqımızın qələbəyə inamını daha da artırdı. Bu rayon hərbi-strateji cəhətdən xüsusi əhəmiyyət kəsb etdiyi üçün onun azadlığı yeni qələbələrin müjdəsi sayılırdı. Bu cür düşünənlər, hərbi əməliyyatların məhz bu istiqamətdə davam edəcəyini proqnozlaşdıranlar yanılmadı. Cəbrayılın azad olunmasından sonra qəhrəman Azərbaycan Ordusu qələbələri bir-birinin ardınca sıraladı.
Cəbrayıl Aran Qarabağın açarı idi
21:31 04.10.2023
Qarabağ
1086
Rayonun azad olunmasından sonra qəhrəman Azərbaycan Ordusu qələbələri bir-bir sıraladı
Dünən ilk dəfə olaraq Cəbrayıl şəhəri günü kimi qeyd olunub. Bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Düz 3 il öncə oktyabrın 4-də Cəbrayıl şəhəri 27 illik erməni işğalından azad olunub. Prezident İlham Əliyevin cari ilin 31 iyulunda imzaladığı sərəncama uyğun olaraq həmin günü təntənəli şəkildə Cəbrayıl Şəhəri Günü kimi qeyd edilir.
Qeyd edək ki, 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub.
Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə yenidən yaradılıb. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olub. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.
Qeyd edək ki, Cəbrayıl rayonu erməni işğalı zamanı vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.
Əslən Cəbrayıldan olan jurnalist, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə “Sherg.az"a açıqlamasında 4 oktyabrla bağlı təəssüratlarını bölüşüb:
"Cəbrayıl 44 günlük müharibədə işğaldan azad edilən ilk böyük rayon idi. Cəbrayılın düşməndən təmizlənməsi ordumuzun və xalqımızın qələbəyə inamını daha da artırdı. Bu rayon hərbi-strateji cəhətdən xüsusi əhəmiyyət kəsb etdiyi üçün onun azadlığı yeni qələbələrin müjdəsi sayılırdı. Bu cür düşünənlər, hərbi əməliyyatların məhz bu istiqamətdə davam edəcəyini proqnozlaşdıranlar yanılmadı. Cəbrayılın azad olunmasından sonra qəhrəman Azərbaycan Ordusu qələbələri bir-birinin ardınca sıraladı. S.Verdizadə deyib ki, Cəbrayıl həm də Aran Qarabağın açarı idi. Bunu bildiyi üçün düşmən o ərazidə ciddi müdafiə istehkamları qurmuşdu. Amma ordumuz ermənilərin müqavimətini qıra bildi: “44 günlük Vətən müharibəsində Cəbrayıl ən ağır döyüşlərin aparıldığı rayonlardan biri idi. Təsəvvür edin ki, bir kənd - doğulduğum Soltanlı kəndi uğrunda 3 gün qanlı döyüşlər gedib.
Buna görə də Azərbaycan xalqının 4 oktyabr tarixini bayram kimi qeyd etməyə tam haqqı çatır. Hazırda Azərbaycan xalqı tarixinin ən parlaq dövrlərindən birini yaşayır. Ölkənin bütün ərazisində suverenliyimiz tam təmin olunub. Qarabağda həyat yenidən dirçəlir, bölgənin siması sürətlə dəyişir. Cəmi 24 saatdan da az davam edən antiterror əməliyyatından sonra terror yuvaları dağıdılıb, qanunsuz və başıpozuq erməni quldur dəstələrinin fəaliyyətinə son qoyulub.
Əminəm ki, Ermənistan özünün destruktiv siyasətindən əl çəksə, bölgəyə tezliklə sülh, əmin-amanlıq gələcək. Bu isə bütövlükdə regionun inkişafını stimullaşdıran faktora çevriləcək. Əgər Ermənistan özünün ənənəvi siyasətini davam etdirsə, bundan ən çox itirən yenə özü olacaq. Heç bir kənar faktor Azərbaycan xalqının tarixi qələbəsinə kölgə salmaq iqtidarında deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya
Media Kuboku 2026-nın püşkü atıldı
17:07 14.07.2026
İdman
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
17:06 14.07.2026
Cəmiyyət
Suraxanıda evdən oğurluq edən qadın saxlanıldı
16:53 14.07.2026
Hadisə
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib
16:52 14.07.2026
Dünya
Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət uzadıldı
16:30 14.07.2026
Dünya
ABŞ İrana hücum etdi - üç nəfər öldü - YENİLƏNDİ
16:27 14.07.2026
Dünya
Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir
16:20 14.07.2026
Mədəniyyət