
Cəbrayıl: İşğaldan azad edilən ilk şəhərimiz
Cəbrayıl: İşğaldan azad edilən ilk şəhərimiz
12:53 03.10.2024
Qarabağ
1555
Məlum olduğu kimi Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu il 27 il davam edən Cəbrayıl işğalına son qoyumasından artıq dörd il ötür. 4 oktyabr tarixi Cəbrayıl şəhərinin işğaldan azad olunduğu gün olaraq tarixə düşdü və bununla da işğaldan azad edilən ilk şəhərimiz oldu.

Cəbrayıl rayonunun işğaldan azad edilməsi, Vətən Müharibəsində güc balansı ilə bərabər psixoloji üstünlüyün də tam olaraq Azərbaycan tərəfinə keçməsi ilə nəticələndi. Düzdür, Cəbrayılın azad olunması üçün ordumuzun hazırlığı hələ 2016-cı ilin aprel müharibəsi ilə başlanmışdı. Belə ki, aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi isə Füzuli-Cəbrayıl maqistralına nəzarət etmək imkanı yaratdı ki, bu da ordumuzun gələcəkdə bu istiqamətdə rahat irəliləməsində həlledici rol oynadı. Nəticədə elə Vətən Müharibəsinin ilk günündə, yəni 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd işğaldan azad edildi.
Hərbi ekspertlərin də vurğuladığı kimi, Cəbrayı şəhərinin düşməndən azad edilməsi Ermənistan ordusunun müqavimət potensialını zəiflətməklə bərabər, onun əks hücum planlarını da iflasa uğratdı. Cəbrayılın Soltanlı və Əmirvarlı yaşayış məntəqələrində düşmənin güclü müdafiə xətlərinin sıradan çıxarılması, Ordumuzun daha geniş coğrafiyada manevr etməsi üçün vacib olan maqistral yolun açılmasına və sonrakı günlərdə hücum tempini artırmasına əlverişli şərait yaratdı.
Cəbrayılın işğaldan azad olunmasında ən önəmli məqamlardan biri xalqımızın tarixində xüsusi yeri olan Xudafərin körpüsünün də işğaldan azad olunması ilə bağlı oldu. Cənubda və ya Şimalda, eləcə də dünyanın harasında yaşamasından asılı olmayaraq Xudafərin hər bir Azərbaycanlı üçün bir milli qürur məsələsi idi. Elə cənab Prezidentin və Mehriban xanın Əliyevanın müharibənin başa çatmasından cəmi bir neçə gün sonra, yəni 2020-ci il noyabrın 16-da Cəbrayıla səfəri çərçivəsində ilk olaraq Xudafərin körpüsündə olması və orada müqəddəs bayrağımızı ucaltması da türkün tarixi hünərlərinə şahidlik rəmzi olan bu körpünün əhəmiyyətinin göstəricisi hesab oluna bilər.
Cəbarayıl rayonunun işğaldan azad olunması sözsüz ki, Azərbaycan Ordusunun qəhrəmanlığının və şücaətinin göstəricisidir. Məhz onların igidliyinin və qəhrəmanlığının nəticəsidir ki, biz artıq rayonlarımızın işğal edildiyi günləri deyil, işğaldan azad olunduğu günləri qeyd edirik.
Bu gün işğaldan azad olunmuş digər rayonlarımız kimi Cəbrayıl rayonunda da sürətli bərpa quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə, o cümlədən də Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı cari ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb.
Şübhə ki, Cəbrayılda həyata keçirilən infrastruktur və sənaye layihələri bu şəhərin və bütövlükdə rayonun simasını dəyişəcək. Cəbrayıl müharibənin doğurduğu acılardan sonra, yenidən inkişaf etmiş, öz tarixi və mədəni irsini yaşadan gözəl bir diyara çevriləcək.
Məhbubə Mehdiyeva,
araşdırmaçı, sosioloq
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ayrılıq gündəm oldu
07:37 03.04.2026
Şou
Qarnı piyli olanlarda ölüm riski 80% artır
06:00 03.04.2026
Sağlamlıq
İspaniyada əlin öpülməsi seksual zorakılıq sayılacaq
05:15 03.04.2026
Maraqlı
Günəşdə güclü partlayış baş verib
03:43 03.04.2026
Dünya
İran Gürcüstana xəbərdarlıq etdi
03:00 03.04.2026
Cənubi Qafqaz
ABŞ ordusunun Baş Qərargah rəisi istefaya göndərilib
02:22 03.04.2026
Dünya
Bu heyvanı tək saxlamaq olmaz – Səbəb
00:34 03.04.2026
Maraqlı
ABŞ-nin vitse-prezidenti Macarıstana səfər edəcək
23:58 02.04.2026
Dünya
Uşakov: Hörmüz boğazı Rusiya üçün açıqdır
23:19 02.04.2026
Region
ABŞ-nin baş prokuroru istefa verdi - Trampdan ilk REAKSİYA
22:17 02.04.2026
Dünya
Argentina İran diplomatına 48 saat vaxt verdi
21:40 02.04.2026
Dünya
SEPAH Bəhreyndə Amazon mərkəzini vurdu
21:26 02.04.2026
Dünya
Özbəkistan və Pakistan İranı müzakirə etdi
21:11 02.04.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
20:56 02.04.2026
Rəsmi
Gürcüstanda azərbaycanlı gənc qətlə yetirilib
20:27 02.04.2026
Hadisə
Yer kürəsini maqnit qasırğası bürüyüb
20:11 02.04.2026
Dünya
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsi ləğv edilib
20:00 02.04.2026
Media