
Cəbrayılda həyat yenidən öz axarına qayıdır - DEPUTAT
Yusif Nəzərli
02:47 21.02.2025
Qarabağ
881
Qısa müddətdə çox böyük işlər görülüb
“Əhali əsasən heyvandarlıq, əkinçiliklə məşğul olub. Həmin proseslər yenə də gedəcək”
Yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. Qaradağdan yola salınan köçün bu mərhələsində Cəbrayıl şəhərinə 212 nəfərdən ibarət 37 ailə köçürülüb. Bir neçə gün əvvəl Cəbrayıla 42 ailə - 205 nəfər köçürülmüşdü. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, əvvəlki dövrlərdə mediada daha çox işğal günləri ilə bağlı məlumatlara rast gəlinirdi. Ancaq dörd ildir ki, işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışdan, ardıcıl köçdən danışır, onunla bağlı xəbərləri izləyirik. Deputatın sözlərinə görə, cənab Prezidentin həyata keçirdiyi qətiyyətli, prinsipial siyasət nəticəsində torpaqlarımızı azad etdik:

"Dörd ildir işğaldan azad edilmiş bütün ərazilərdə böyük bərpa-quruculuq işləri həyata keçirilir. O cümlədən Cəbrayılda da həyat yenidən öz axarına qayıdır. Qısa müddətdə çox böyük işlər görülüb. Avtomobil yollarının çəkilməsi, elektrik enerjisi ilə təchizat davam etdirilir. Rayonun mərkəzində 33 bina tam hazırdır. Mərhələli şəkildə insanlarımız ora köçürülür. Məktəbin açılışı oldu, bağça və xəstəxana tikilir. Tez-tez insanlarla ünsiyyətdə oluruq. Cəbrayıllıların sevinci böyükdür, hüdudsuzdur. Çoxlu sayda insan müraciət edərək doğma yurda qayıtmaq istədiklərini bildirirlər. Bütün bunlar onu deməyə əsas verir ki, ən qısa zamanda Cəbrayılda da həyat geri qayıdacaq. İnsanların yenidən qurub-yaratdığının şahidi olacağıq".
Parlament üzvü vurğulayıb ki, Cəbrayıla köç edən insanların işlə təmin olunması da həyata keçirilir:
"Məsələ belədir ki, dövlət qurumlarında çalışan insanlar öz ixtisasına, peşəsinə uyğun orada da işlə təmin olunurlar. Məsələn, məktəb müəllimləri öz istəklərinə uyğun olaraq Cəbrayıl məktəblərində fəaliyyət göstərirlər. Yaxud elektrik stansiyalarında çalışanlar hazırda Cəbrayılda öz işlərini görürlər. Marketlər də, istehsal müəssisələri də fəaliyyət göstərir. Eyni zamanda Araz Vadisi İqtisadi Zonasında onminlərlə insanın işləməsi nəzərdə tutulur. Bu, təkcə Cəbrayıl yox, digər rayonların əhalisi üçün də yeni iş yerləri deməkdir. Həmçinin, tez-tez yarmarkalar həyata keçilir. İnsanlar da fəal olmalı, prosesdə aktiv şəkildə iştirak etməlidirlər. Artıq kənd təsərrüfatı sahəsində işlər gedir. Heyvandarlıq və əkinçiliklə məşğul olmaq istəyənlər aidiyyəti qurumlara müraciət edərək işğaldan azad edilmiş ərazilərdə öz işlərini qura bilərlər. Bu, yeni iş yerləri yaratmaq istəyənlərə də aiddir. Əlbəttə, bu, kifayət qədər mürəkkəb prosesdir. Qarşımızda duran ən önəmli məsələ oradakı insanların işlə təmin olunmasıdır. Çünki əks halda ora gedən insanların yenidən Bakıya dönüşünün şahidi olarıq. Cəbrayılda yaradılmış Sənaye Parkı oradakı insanların işlə təmin olunmasında mühüm rol oynayacaq. Cəbrayılda əhali əsasən heyvandarlıq, əkinçiliklə məşğul olublar. Həmin proseslər yenə də gedəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya