Çox qısa zamanda Qarabağda güclü iqtisadi inkişafı müşahidə edəcəyik
07:01 09.07.2021
Qarabağ
751
Şərqi Zəngəzur da həm aqrar sahədə, həm də təbii ehtiyatlar baxımından kifayət qədər böyük potensiala malik iqtisadi rayondur
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” imzaladığı fərmana əsasən ölkəmizdə 14 iqtisadi rayon təsnifləşdirilir. İqtisadi rayonlar çoğrafi baxımdan fərqlənməklə yanaşı, eyni zamanda iqtisadi potensialına uyğun olaraq qiymətləndirmənin aparılmasına imkan verir. Bu baxımdan yeni təsnifat 44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra formalaşmış yeni düzənə, reallıqlara uyğun olaraq həyata keçirilir. İqtisadi rayonlar sırasında yeni adda – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların adlarının daxil edilməsini də müşahidə etdik. Bu həm strateji, həm iqtisadi, həm də tarixi baxımdan kifayət qədər vacib qərardır. Əvvəlki təsnifatda Yuxarı Qarabağ, Kəlbəcər və Laçın iqtisadi rayonları var idi. Yeni təsnifatda Qarabağ bölgəsində yerləşən rayonlar, Qarabağ iqtisadi rayonunda təmsil olunacaq.
Millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib ki, Azərbaycanın 20 faizə yaxın ərazisinin 27 ildən çox işğal altında qalması həmin torpaqların iqtisadi potensialından istifadəyə imkan verməyib. Deputat xatırladıb ki, əvvəlki təsnifata uyğun olaraq Yuxarı Qarabağ iqtisadi rayonu ötən il 637 milyon 70 min manat məhsul istehsal edib:
“Dörd rayonu əhatə edən keçmiş Kəlbəcər-Laçın iqtisadi rayonunda isə cəmi 97 milyon 838 min manatlıq məhsul istehsal olunub. Bu istehsal da həmin rayonlardan bəzisinin bizim nəzarətimizdə olan yaşayış məntəqələrində, respublikanın digər bölgələrində məskunlaşan idarə və müəssisələri hesabına baş verib. Qarabağın ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi 0,7 faiz, keçmiş Kəlbəcər-Laçın iqtisadi rayonunun isə cəmi 0,1 faiz olmuşdu. Bu o deməkdir ki, uzun müddət işğal altında qalan ərazilərimizin ümumi iqtisadiyyatda payı tam rəqəmlə ifadə olunmayıb.
Qarabağ iqtisadi rayonunun mövcud potensialı, xammal və təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin ərazilərimizdə məhsul istehsalının artacağı proqnozlaşdırılır. Bu o deməkdir ki, çox qısa zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-yenidənqurma, yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik”.
V.Bayramov vurğulayıb ki, Şərqi Zəngəzur iqtisadi rayonu strateyi, iqtisadi və ən əsası tarixi baxımdan xüsusi əhəmiyyəti daşıyır: “Şərqi Zəngəzur həmin bölgənin iqtisadi potensialının istifadə edilməsi və genişləndirilməsi aspektindən də vacibdir. Qarabağ iqtisadi rayonunun həm sənaye, həm turizm, həm də aqrar sektorda böyük potensialı var. Şərqi Zəngəzur da həm aqrar sahədə, həm də təbii ehtiyatlar baxımından kifayət qədər böyük potensiala malik iqtisadi rayondur. İşğaldan azad olunmuş ərazilərimizdə, bütövlükdə Qarabağda yenidənqurma prosesinin daha sürətli şəkildə həyata keçirilməsi daha sistemli və dövlət proqramları çərçivəsində yanaşmanın həyata keçirilməsinə imkan verəcək”.
Siyasi şərhçi Elçin Mirzəbəyli də bəyan edib ki, Prezidentin Fərmanı iqtisadi önəmi ilə yanaşı, bir çox aspektlərdən mühüm tarixi, hüquqi və siyasi əhəmiyyətə malikdir. Analitikin fikrincə, Fərmanda yer alan bölgüdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yer alması, ilk növbədə tarixi ədalətin bərpasıdır:
“Fərmanda Xankəndi və Xocalının Qarabağ iqtisadi rayonuna daxil edilməsi, bu istiqamətdə olan bütün spekulyasiyalara son qoymaqla bərabər, həm də sözügedən yaşayış mənqətələrinin ölkənin digər inzibati ərazi subyektləri ilə eyni statusa malik olduğunu vurğulayır. Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının “Şərqi Zəngəzir” adlı vahid iqtisadi rayonda birləşdirilməsi də, şübhəsiz ki, mühüm tarixi, hüquqi və siyasi əhəmiyyətə malikdir. Məlum olduğu kimi Azərbaycan Prezidentinin Sərəncam və Fərmanları Azərbaycan Respublikasının hüquqi-normativ aktları sayılırlar. Prezidentin Fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması, eyni zamanda Zəngəzur yaylasının de-fakto vahid inzibati ərazi subyekti kimi hüququ status qazanması deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm