
Deputatlar Qarabağda görülən işlərlə tanış olacaq - AÇIQLAMA
Yusif Nəzərli
08:47 25.01.2025
Qarabağ
1112
Bu həm də qanunvericilik bazasının təkmilləşdirilməsində daha doğru qərarların qəbul olunmasına töhfə verə bilər
Milli Məclisin Aqrar siyasət komitəsinin yaz sessiyası üçün iş planı müəyyənləşib. İş planına əsasən deputatlar yaz sessiyası müddətində işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə tanış olacaq. Aqrar sahədə əldə olunan nəticələri təbliğ edəcəklər.
Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, millət vəkili Azər Badamov deyib ki, işğaldan azad olunmuş ərazilər sürətlə yenidən qurulub bərpa olunur. Yeni yaşayış məntəqələri ərsəyə gəlir və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar:

“O cümlədən yeni müəssisələr açılır və işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialı, ölkə iqtisadiyyatına reinteqrasiya olunması prosesi davam edir. İşğaldan azad olunmuş ərazilər əsasən aqrar təyinatlı torpaqlardır. İşğala qədər bu ərazilərin aqrar potensialı respublikanın iqtisadiyyatında həlledici rol oynayıb. Bu gün artıq torpaqlarımız azaddır və həmin torpaqlarda həm də kənd təsərrüfatı müəssisələri açılır. Hesab edirəm ki, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvləri azad olunmuş ərazilərdəki kənd təsərrüfatı potensialı ilə yerindəcə yaxından tanış olmalıdırlar. Belə olan halda deputatlar görülmüş və görüləcək işlərlə bağlı daha yaxşı məlumatlı olarlar. Bu həm mətbuata açıqlamalar veriləndə doğru məlumatların çatdırılmasında, həm də qanunvericilik bazasının təkmilləşdirilməsində daha doğru qərarların qəbul olunmasına töhfə verə bilər. Bu baxımdan yaz sessiyası dövründə komitə üzvlərinin işğaldan azad olunmuş ərazilərə səfərinin tədbirlər planına salınması doğru addımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya