“Ərazilərimizin müharibə yoluyla azad edilməsi cəmiyyətin sifarişidir” – AKTUAL ŞƏRH
Məlahət Rzayeva
12:15 14.08.2019
Qarabağ
1263
Azərbaycanın işğal olunmuş Kəlbəcər və Laçın rayonlarından bir qrup məcburi köçkün Xarici İşlər Nazirliyinə bəyanat təqdim edib. Doğma-yurd yuvasından didərgin salınmış soydaşlarımızın bəyanatında torpaqlarımızın işğaldan azad olunması, köçkünlərin evlərinə qayıtmasının təmin edilməsi tələbi səslənir.
XİN Mətbuat Xidməti İdarəsi sözügedən bəyanatla bağlı açıqlama verib. Açıqlamada bildirilir ki, bəyanat təqdim edən məcburi köçkünlər XİN-ə dəvət edilib və onlarla görüş keçirilib. Bu barədə XİN Mətbuat Xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva “Tvitter” səhifəsində xəbər paylaşıb.
Köçkünlərin “Torpaqlarımız işğaldan azad olunsun” bəyanatını şərh edən politoloq Elxan Şahinoğlu "Sherg.az"a açıqlamasında bildirdi ki, bu bəyanat təkcə Kəlbəcər və Laçın rayonlarından olan məcburi köçkünlərin deyil, ümumilikdə Azərbaycan xalqının istəyi, tələbidir:
-Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm açıqlamasından sonra fikir verdinizsə, danışıqlar prosesinə son verilməsiylə bağlı sosial şəbəkələrdə necə paylaşımlar edildi, rəylər yazıldı. Yəni, danışıqlar prosesinin bundan da artıq uzadılmaması təkcə Kəlbəcər, Laçın köçkünlərinin yox, ümumilikdə xalqın mövqeyidir və cəmiyyətin sifarişidir. Kəlbəcər və Laçın köçkünləri bu bəyanatları ilə bütün xalqın istəyini və tələbini ifadə ediblər. 25 ildir mənasız danışıqlar prosesi uzanır. Paşinyanın sərsəm açıqlaması isə danışıqlar prosesinin sıfıra enməsi və müharibənin labüdlüyü deməkdir. Hətta Ermənistanda separatçı Köçəryan, Sarksyan olanda da belə sərsəm bəyanatlar verilməmişdi. Hətta onlar belə, Paşinyanın dediklərini dillərinə gətirməmişdilər. Amma Paşinyan buna getdi və nəinki öz havadarları tərəfindən, hətta daxildə də etirazla qarşılandı və qınandı. Əgər Paşinyan israrla deyirsə ki, Dağlıq Qarabağ Ermənistanındı, bizim müharibə etməkdən başqa yolumuz qalmır.
E.Şahinoğlu bildirdi ki, işğal olumuş ərazilərimizin müharibə yoluyla azad edilməsi cəmiyyətin sifarişidir:
- Artıq Azərbaycan cəmiyyətində orta fikir formalaşıb ki, danışıqlar yoluyla nəyəsə nail olmaq mümkün deyil. Danışıqlar heç bir nəticə vermir. Ermənistan qarşısında güc görməyincə geri çəkilməyəcək. Məlumatlar var ki, ordumuz bəzi uğurlu hərbi əməliyyatlar aparır. Bütövlükdə Azərbaycan cəmiyyəti danışıqlar prosesindən imtina tələbini səsləndirir. Cəmiyyətimiz bütövlükdə danışıqlar prosesinin uzadılmasından narazıdır və işğal faktının haqlı olaraq müharibə yoluyla sonlandırılmasını istəyirlər.
E.Şahinoğlunun fikrincə, artıq elə bir vəziyyət yaranıb ki, “beynəlxalq aləm” söhbətlərini bir kənara qoymalıyıq:
- Beynəlxalq aləm də, həmsədr dövlətlər də vəziyyətin nə yerdə olduğunu bilir. 25 ildir ki, Ermənistan tərəfi danışşqlar prosesini uzadır və prosesi müntəzəm dayandırırlar. Biz artıq “bunu etsək, bizə nə deyərlər?” kimi mülahizələri bir kənara qoymalı və işğal altındakı torpaqlarımızda konstitusiyamızın bizə verdiyi hüquqları bərpa etməliyik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor”u çalışdıra bilər
00:10 17.09.2026
Futbol
Turqutluda Bakının azad edilməsinin 108-ci ildönümü qeyd olunub
23:59 16.09.2026
Tarix
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə