Ərdoğan Şuşaya gələcək!- “Bu, beynəlxalq əhəmiyyətli mesajdır”
Banuçiçək Kalbalıyeva
13:04 24.05.2021
Qarabağ
956
“Deməli, bundan sonra da kimsə revanşist ideyalara qapılmamalıdır”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələcək həftələrdə Azərbaycana gələcək. Bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib. O, bildirib ki, bu günlərdə Azərbaycan və Türkiyə Prezidentləri səviyyəsində, işğaldan azad edilmiş Azərbaycan ərazilərində yenidənqurma və restavrasiya işlərinin necə planlaşdırılması haqqında müzakirələr gedir.
“Bu torpaqlarda infrastruktur və yenidənqurma işləri ilə yanaşı mədəni, tarixi əhəmiyyətə malik abidələrin, arxeoloji yerlərin restavrasiyası da ön plandadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşıdakı həftələrdə Azərbaycana edəcəyi səfərdən sonra, bizim də Qarabağın yenidənqurulması və restavrasiyası ilə bağlı fəaliyyətimiz intensivləşəcək. Ən qısa müddətdə qeyd etdiyim mədəni, tarixi abidələrin bərpası, qorunması bölgədə turizmin inkişafına da təkan verəcək”.- deyə, nazir əlavə edib.
Ağ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a açıqlamasında səfərin əhəmiyyətini yüksək qiymətləndirdi:
“Ərdoğan Şuşaya gələcək ilk xarici ölkə lideri olacaq. Bu, Türkiyənin regionun əsas iştirakçılarından, başlıca söz sahiblərindən biri olduğunu göstərir. Niyə, Putin, Makron, Ruhani yox, məhz Ərdoğan?! Bax, bu sualın cavabı həm də beynəlxalq əhəmiyyətli mesajdır. Deməli, bundan sonra da kimsə revanşist ideyalara qapılmamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə