Ermənistanın Qarabağla bağlı açıqlamaları... - BƏYANAT
18:15 08.11.2019
Qarabağ
621
ATƏT-in Daimi Şurasının növbəti iclasında Minsk qrupunun həmsədrlərinin təqdim etdiyi hesabat ətrafında müzakirələr zamanı ölkəmizin bu qurum yanında daimi nümayəndəliyinin rəhbəri Qalib İsrafilov bəyanatla çıxış edib.
Bəyanatda ötən ilin sentyabr ayından etibarən cəbhə xəttində müşahidə olunan görünməmiş sakit vəziyyətin və müsbət atmosferin münaqişənin həlli üzrə inkişafa gətirib çıxarmadığı vurğulanıb. Qeyd edilib ki, görüşlərin sayının artmasına baxmayaraq, Ermənistan tərəfinin substantiv məsələlər üzrə danışıqların aparılmasına siyasi istəyinin olmaması prosesin irəlilədilməsinə maneə olmaqda davam edir. Bu mənada, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu Yorkdakı görüşü də məyusluq doğurur.
Daimi nümayəndə çıxışında, həmçinin etimad quruculuğu tədbirlərinin yalnız siyasi prosesə paralel şəkildə aparılmasını və heç bir halda danışıqlar prosesinin əvəzləyicisi olmadığını vurğulayıb. Qeyd edilib ki, ötən illər ərzində Ermənistanın danışıqlar formatını şübhə altına alan bəyanatları sülh prosesinə açıq hədədir. Bu yanaşmanın həmsədrlərin martın 9-da tərəfləri formatı birtərəfli şəkildə dəyişdirməkdən çəkinməyə çağıran bəyanat verməsi ilə nəticələndiyi də qeyd edilib. Daha sonra daimi nümayəndə Ermənistan rəhbərliyinin status və Qarabağın mənsubiyyəti ilə bağlı təşviqedici çıxışlarına toxunaraq onları cavablandırıb.
Eyni zamanda, ATƏT prinsiplərinə münasibətdə ikili yanaşma və münaqişələrin həllinə biganəliyin mövcudluğunun məyusedici olduğunu vurğulayan diplomat Türkiyə, Ukrayna və Gürcüstana bütün münaqişənin həlli üçün əsas olan prinsiplərə göstərdiyi dəstəyə görə təşəkkür edib.
Bildirilib ki, hərbi işğal heç bir zaman nəticə yaratmayacaq və münaqişənin həlli üzrə vasitəçilik kompromis və müzakirə subyekti olmayan Azərbaycanın suverenlik və ərazi bütövlüyünün bərpasına istiqamətlənməlidir. Həmçinin Azərbaycanın münaqişənin həlli prosesinə sadiq qaldığı diqqətə çatdırılıb.
Azərbaycan nümayəndəsi çıxışın yekununda işğal olunmuş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişməyə yönəlmiş qanunsuz fəaliyyətinə diqqəti cəlb edib, bunun Ermənistanın işğal vəziyyətini möhkəmləndirmək və baş vermiş fakt əsasında həllə məcbur etmək istiqamətində sistemli siyasətinin təzahürü olduğunu vurğulayıb. Daimi Şuraya peyk vasitəsilə çəkilmiş şəkillər təqdim olunub və Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətin dayandırılmadığı, əksinə, daha da genişləndirildiyini vizual sübutlarla nümayiş etdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm