Halal olsun sənə Arzu: Təkcə Poznerə yox, ermənipərəstlərin hamısına dərs oldu
Ayyət Əhməd
08:13 28.10.2019
Qarabağ
871
"Vladimir Pozneri cağdaş rus jurnalistikasının zirvəsi və hətta vicdanı sayanlar çoxdur. Amma azərbaycanlı gənc qız göstərdi ki, Pozner "o, əl uzadılıb salam veriləsi adam deyil" - dediyi Vladimir Solovyovdan elə də çox fərqlənmir".
Sherg.az-ın xəbərinə görə, bunu deputat Sahib Alıyev Amerikada yaşayan Arzu Məmmədovanın ermənipərəst Vladimir Pozneri öz sualı ilə aciz qoymasına münasibət bildirərkən deyib.
S.Alıyev vurğulayıb ki, Pozner də Solovyov kimi haylara muzdlu xidmət edir, etdiyi üçün də Qarabağı onların adına çıxır:
"İndi Amerikada yaşayan, amma əslən Qarabağdan olan Arzu Məmmədova hayların bol olduğu Kaliforniyadakı toplantılardan birində həyasızcasına "Qarabağın rəsmən Ermənistanın torpağı" olduğunu bildirən Pozneri cox mədəni şəkildə, amma sərrastlıqla yerində oturdub. Böyük bir auditoriya qarşısında bu hay muzdlusuna BMT qətnamələrini xatırlatmaqla üzünə deyilməsi ki, "Qarabağ rəsmən Ermənistan torpağı " deyil, Qarabağ rəsmən Ermənistanın işğalı altındadır və siz belə davranışla uşaq, qadın cəlladlarını dəstəkləyir, minlərlə azərbaycanlının haqqını tapdayırsınız - bu, sözün hər anlamında ona verilən dərs idi. Dərs idi ki, sən çox təcrübəli və hazırlıqlı jurnalist ola bilərsən, amma satılmısansa, satıldığın üçün də qərəzlisənsə, illlərlə yaratığın imici nəvən yaşda bir qızcığaz darmadağın edər. Haladır əziz Arzu, əslində sən bununla təkcə Poznerə yox, xaricdə hakimiyyəti tənqid adı altında dövlətimizi gözdən salan, söyüş söyən, böhtan və təhqir yağdıran "azərbaycanlı"lara da dərs verdin, göstərdin ki, əsl vətənpərvərlik necə olur".
Qeyd edək ki, Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı jurnalist və aparıcı Vladimir Pozner Kaliforniyada çıxışı zamanı Dağlıq Qarabağdan olan azərbaycanlı Arzu Məmmədovanın sualı qarşısında çıxılmaz vəziyyətdə qalıb.
Qarabağ bölgəsindən olduğunu deyən Arzu Azərbaycanda bütün xalqların sülh şəraitində yaşadığını və heç bir xalqa, o cümlədən İsrail vətəndaşlarına qarşı ayrı-seçkilik olmadığını deyib. O qeyd edib ki, Vladimir Pozner kimi səviyyəli jurnalist qərəzsiz olmalıdır:
"Dağlıq Qarabağ- Ermənistanın rəsmi olaraq işğal etdiyi ərazidir. Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz qaytarılması barədə BMT qətnamələri var. Dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır".
A.Məmmədova bildirib ki, azərbaycanlılar və ermənilər uzun illər Dağlıq Qarabağada birlikdə yaşayıb, hətta indiyədək Bakının mərkəzində erməni kilsəsi yerləşir.
"Siz Ermənistanı dəstəkləməklə qadın və uşaqların qatillərini alqışlayır, mən və ailəm də daxil olmaqla məcburi köçkün düşmüş minlərlə azərbaycanlıya qarşı ayrı-seçkilik edirsiniz. Sizcə, söz azadlığı ilə nifrət hissi arasındakı xətt haradan keçir?", - deyə Arzu soruşub.
Nə deyəcəyini bilməyən Vladimir Pozner Dağlıq Qarabağın Ermənistanın rəsmi olaraq tanınan ərazisi adlandırıb. Bu zaman Məmmədova onun sözünü kəsərək Dağlıq Qarabağın Azərbaycanın rəsmi ərazisi olduğunu bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol