Köç karvanı Ağdam şəhərinə çatıb - VİDEO - YENİLƏNİB

Növbəti köç Ağdam şəhərinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə köçürülən 110 ailədən ibarət 397 nəfərə yeni mənzillərin açarları təqdim olunub.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

06.05

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb.

APA xəbər verir ki, bu mərhələdə respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 110 ailə – 397 nəfər doğma yurda köçürülüb.

Köçürülənlər arasında Bakı şəhərindən 84 ailə (299 nəfər), Ağcabədidən 6 ailə (25 nəfər), Bərdədən 5 ailə (20 nəfər), Mingəçevirdən 3 ailə (14 nəfər), Ağdam rayonundan 4 ailə (11 nəfər), Yevlaxdan 3 ailə (9 nəfər), Ağdaşdan 2 ailə (8 nəfər), Sumqayıtdan 1 ailə (5 nəfər), Abşerondan 1 ailə (4 nəfər) və İsmayıllıdan 1 ailə (2 nəfər) yer alıb.

Bununla da Ağdam şəhərinə ümumilikdə köçürülənlərin sayı 659 ailəyə – 2 411 nəfərə çatıb.

Boş qalan 2 evə isə qrafikə uyğun olaraq may ayında köç planlaşdırılır.

VİDEO: burda