Laçın və Kəlbəcərdə hərbi tikinti genişlənir
21:28 09.08.2021
Qarabağ
585
Aqşin Kərimov: "Tank bölmələrinə üstünlük verilməsi xüsusi diqqətçəkən məqamdır"
Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən bir neçə hərbi hissədə olublar. Tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Mövzu ilə bağlı siyasi-analitik Aqşin Kərimov "Şərq"ə açıqlamasında diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələrin istifadəyə verilməsi Azərbaycanın strateji və hərbi üstünlüyünü artırır və bu amilləri dayanıqlı edir:
"Qeyd edək ki, bundan əvvəl Cəbrayılda, Zəngilanda, Qubadlıda Dövlət Sərhəd Xidmətinin hərbi hissələri fəaliyyətə başlayıb. Azərbaycan paralel olaraq Ağdam, Xocavənd, Xocalı ərazilərində də hərbi hissələr açıb. Bu hərbi hissələr isə Müdafiə Nazirliyinə məxsusdur. Hərbi hissələrin çoxluğu Qarabağ ərazisindəki erməni hərbi birləşmələrinin hər hansı hərbi hərəkətliliyinə barmaq yeri qoymur. Azərbaycanın indi Laçında və Kəlbəcərdə hərbi hissələr yaratması həm də dövlət sərhədinin möhkəmlənməsinə xidmət edir. Dövlət Sərhəd Xidmətinin hərbi hissələri ilə birgə fəaliyyətin koordinasiyasını gücləndirir. Bu isə Ermənistan tərəfindən mümkün sərhəd təxribatlarına qarşı preventiv addımların tərkib hissəsidir".
A.Kərimov bildirib ki, Laçın və Kəlbəcər rayonları üzrə hərbi obyektlərin sayının çox olması ordunun qarşısında duran məsələdir: "Laçın və Kəlbəcərdə tank bölmələrinə üstünlük verilməsi xüsusilə diqqət çəkir. Tank bölmələri döyüşdə mühüm çəkiyə malikdir, tanklar quru döyüşlərində əsas hücum silahı olaraq önə çıxır. Ermənistanla dövlət sərhədi təşkil edən işğaldan azad edilmiş ərazilərdə hərbi hissələrin çoxluq təşkil etməsi delimitasiya və demarkasiya prosesində Azərbaycanın əlini gücləndirən faktordur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" Vadim Abdullayevi transfer etdi
17:33 16.07.2026
Futbol
Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
17:24 16.07.2026
Cəmiyyət
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
17:17 16.07.2026
Siyasət
Çarukyanın binası bələdiyyəyə verildi
16:57 16.07.2026
Cənubi Qafqaz
VK və "Maks" mesenceri "Google Play" mağazasından silindi
16:50 16.07.2026
Texnologiya
Kəlbəcərdə batan 11 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
16:43 16.07.2026
Hadisə
Rusiya Türkiyəyə təşəkkür etdi
16:35 16.07.2026
Dünya
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
16:05 16.07.2026
Hadisə
İran Küveytə dron hücumu edib
15:52 16.07.2026
Gündəm
Aya aparılan SSRİ bayrağı 80 min dollara satıldı
15:44 16.07.2026
Futbol
Futbolçu qorxur, mundialdan ölkəsinə qayıda bilmir
15:30 16.07.2026
Futbol
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub
15:15 16.07.2026
Dünya
Politoloq: "3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir
14:59 16.07.2026
Region
Böyük Britaniyada "TikTok"a qarşı rəsmi istintaq başlanıldı
14:54 16.07.2026
Dünya
Yaponiyada ikinci paytaxt yaradılır
14:47 16.07.2026
Dünya
Əliabbas Müznibin “Dirilik” məfkurəsi
14:25 16.07.2026
Tarix