Növbəti köç karvanı Kəlbəcərə çatdı - YENİLƏNDİ

Kəlbəcər şəhərinə yola salınan 27 ailə mənzil başına çatıb.

Bu gün səhər saatlarında Tərtər rayonundan yola salınan 27 ailə Kəlbəcər şəhərinə çatıb.

Daha sonra mənzil başına çatan ailələrə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.

***

11:27

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Qayıdış proqramına uyğun olaraq Kəlbəcər şəhərinə 27 ailədən 113 nəfər Tərtər şəhər Bayraq meydanından Kəlbəcər şəhərinə yola salınıb.

Kəlbəcərə yola salınan ailələr bu günə kimi Gəncə, Bərdə, Bakı, Samux, Yevlax Abşeron,Şabran və Goranboy rayonlarında yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu köç prosesi də nəzərə alınmaqla Kəlbəcərə ümumilikdə 162 ailə 681 nəfər öz doğma yurduna qayıdıb.