Növbəti köç karvanları bu kəndlərə çatdı

Növbəti köç karvanları Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə çatıb.

Axar.az xəbər verir ki, bu mərhələdə Xocalının Təzəbinə kəndinə 10 ailə - 44 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 41 nəfər köçürülüb.

Artıq köçən sakinlərə evlərin açarları da təqdim edilib.

Qeyd edək ki, bu kəndlərə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.