Növbəti köç karvanları Xocalı rayonunun Şuşakənd, Ballıca və Badara kəndlərinə çatıb.
Sherg.az xəbər verir ki, bu mərhələdə Şuşakəndə 14 (51 nəfər), Ballıcaya 9 (38 nəfər) və Badaraya 6 ailə (18 nəfər) köçürülüb.
Artıq sakinlərə evlərin açarları da təqdim edilib.
Qeyd edək ki, bu köçlə Şuşakəndə 93 (341 nəfər), Ballıcaya 237 (1054 nəfər), Badaraya isə 43 ailənin (154 nəfər) daimi qayıdışı təmin edilib.