
Parlamentari: Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır
13:13 13.02.2025
Qarabağ
688
Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafı üçün möhkəm təməl yaradıb. Bu ərazilərdə infrastrukturun bərpası, yeni sənaye və kənd təsərrüfatı sahələrinin yaradılması istiqamətində atdığımız addımlar, regionun milli iqtisadiyyata reinteqrasiyası gələcəkdə əhəmiyyətli irəliləyişlərə səbəb olacaq. İqtisadiyyatın diversifikasiyası və yerli əhalinin sosial rifahının təmin edilməsi bu ərazilərin sürətli inkişafını təmin edəcək, Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin ümumi iqtisadi potensialına mühüm töhfələr verəcəkdir.
Bu fikirlər Prezident İlham Əliyevin “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarına müraciətində yer alıb.
Bu prosesdə vergi siyasətinin və vergi təşviq alətlərinin də böyük rolu olduğu vurğulanan müraciətdə, həmçinin qeyd edilir: “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün uzunmüddətli vergi və gömrük güzəştləri müəyyən edilib. Ərazi bütövlüyümüzün tam bərpa edilməsi xarici investorların da ölkəmizə marağını artırır. Uzun illərdir Azərbaycanda müsbət sərmayə iqlimi mövcuddur, investisiyaların adambaşına düşən həcminə görə biz qabaqcıl ölkələr sırasındayıq. Bununla belə, regionda iqtisadi dayanıqlığın təmin olunması, investisiyaların əhatə dairəsinin daha da genişlənməsi üçün biz daha cəlbedici biznes və vergi mühiti yaratmalıyıq. Sahibkarlara güclü dəstək verilməlidir, süni maneələr aradan qaldırılmalıdır. Dövlətin tənzimləyici qurumlarının əsas vəzifəsi ölkədə biznesin genişlənməsinə, büdcəyə vergi ödəyən güclü orta və iri sahibkarlar təbəqəsinin formalaşmasına istiqamətlənməlidir. Biz qüdrətli dövlət qururuq, belə dövlətin vətəndaşı isə vergi ödəməkdən qürur duymalıdır”.
Milli Məclisin deputatı Naqif Həmzəyev "Sherg.az"a deyib ki, uzun illər Qarabağ, Şərqi Zəngəzur Ermənistan və erməni separatçıları tərəfindən işğal altında saxlanıldı:

"Azərbaycanın ən münbit əraziləri və fayda götürə biləcəyimiz torpaqlar məhz bu ərazilərdə yerləşirdi. Bu torpaqların da Azərbaycanın nəzarətində olmaması iqtisadiyyata çox böyük ziyan vurdu. Nəticə etibarilə 1 milyon məcburi köçkün olması da dəymiş zərəri qat-qat artırdı. Xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatı sahəsi ilə bağlı xeyli potensialın olsa da, biz bunu istifadə edə bilmirdik. Eyni zamanda fabrik və zavodların da tamamilə dağıdılması və Azərbaycan iqtisadiyyatına heç bir fayda verməməsi də göz önündə idi. Lakin torpaqlarımızı işğaldan azad etdikdən sonra ən qısa zamanda mövcud iqtisadiyyata inteqrasiya etməsi üçün lazımi tədbirlər həyata keçirildi və indi də davam edir. Bu gün Qarabağ və Şərqi Zəngəzurun infrastrukturu üçün vacib olan bütün yolların qurulması, enerji xətlərinin çəkilməsi, xüsusi nəqliyyat şəbəkələrinin formalaşdırılmasını reallaşdırdıq. Zəngilan və Füzuli hava limanları istifadəyə verilib. Laçın Beynəlxalq hava limanının isə açılışı həyata keçiriləcək".
Deputat əlavə edib ki, sözügedən ərazilərdə iqlim şəraitinin ağırlığı bizim işimizi çətinləşdirsə də, isti havalarda belə hərəkətin mümkünlüyünü təmin edəcək və dünyada ən müasir yollar inşa edilib:
"İlk növbədə meşə massivinin inşası, müasir tələblərə cavab verən fermer təsərrüfatlarının yaradılması, həmçinin zamanında hansı sahə üzrə ixtisaslaşmış ərazilərdə ənənəyə uyğun qalaraq fabrik və zavodların inşası reallaşacaq. İşğaldan azad olunmuş torpaqlarda müəyyən müddətlik vergidən azad edilmiş texnoparkların əsasının qoyuldu. Bütün bunlar növbəti onillikdə həm bu ərazilərin, həm də Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatını tamamilə möhkəmləndirəcək. Nəticədə Azərbaycan iqtisadiyyatının gücünə güc qatılacaq. Məhz 3 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərən fermerlərin, iribuynuzlu və xırdabuynuzlu heyvanların, arıçılığın həmin bölgələrə köçürülməsinə şahidlik edirik. Həmçinin mərhələli şəkildə keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışı ilə bərabər, həm də məşğulluğu dövlət tərəfindən təmin olunacaq. Bir sözlə, Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır, o cümlədən təxirəsalınmaz tədbirlər keçirilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşdə güclü partlayış baş verib
03:43 03.04.2026
Dünya
İran Gürcüstana xəbərdarlıq etdi
03:00 03.04.2026
Cənubi Qafqaz
ABŞ ordusunun Baş Qərargah rəisi istefaya göndərilib
02:22 03.04.2026
Dünya
Bu heyvanı tək saxlamaq olmaz – Səbəb
00:34 03.04.2026
Maraqlı
ABŞ-nin vitse-prezidenti Macarıstana səfər edəcək
23:58 02.04.2026
Dünya
Uşakov: Hörmüz boğazı Rusiya üçün açıqdır
23:19 02.04.2026
Region
ABŞ-nin baş prokuroru istefa verdi - Trampdan ilk REAKSİYA
22:17 02.04.2026
Dünya
Argentina İran diplomatına 48 saat vaxt verdi
21:40 02.04.2026
Dünya
SEPAH Bəhreyndə Amazon mərkəzini vurdu
21:26 02.04.2026
Dünya
Özbəkistan və Pakistan İranı müzakirə etdi
21:11 02.04.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
20:56 02.04.2026
Rəsmi
Gürcüstanda azərbaycanlı gənc qətlə yetirilib
20:27 02.04.2026
Hadisə
Yer kürəsini maqnit qasırğası bürüyüb
20:11 02.04.2026
Dünya
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsi ləğv edilib
20:00 02.04.2026
Media
Əli Əsədov Cövdət Yılmazla görüşdü
19:40 02.04.2026
Siyasət
Qaçaq FETÖ üzvü Nevşəhirdə tutuldu
19:16 02.04.2026
Dünya