
Qarabağ cana gəlir! - Öncə cəfa, indi səfa...
12:13 28.08.2023
Qarabağ
1621
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayonuna səfər ediblər.
Prezident İlham Əliyev “AzərEnerji” ASC-nin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.
Dövlətimizin başçısı və birinci xanım Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.
Prezident İlham Əliyev Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində həyata keçirilən işlərlə tanış olub.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma mərasimində, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olub, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra və “Həkəri Balıq Təsərrüfatı”nın açılışlarında iştirak ediblər.
Millət vəkili Elman Nəsirov "Sherg.az"a deyib ki, Prezidentin Laçın şəhərinə səfəri siyasi əhəmiyyət daşıyır:

“Bu səfər çərçivəsində Laçın şəhəri gününün qeyd olunması ənənəsinin əsası qoyuldu. Şəhərlərin işğaldan azad olunma günləri təntənəli ilə keçiriləcək. 31 ildən sonra laçınlılar öz dədə-baba yurduna qayıtdı. Bundan böyük xoşbəxtlik ola bilməz.
Dövlət başçısı sentyabrda ilk dəfə Laçına gəldiyini, dağıdılmış şəhərlə qarşılaşdığını vurğuladı.
Məcburi köçkünlər üçün Laçın 8 ay ərzində yenidən quruldu. Müstəqillik günündə isə Laçına köç edən ilk ailələrə evlərinin açarı təqdim edildi.
1992-ci ilin mayın 8-də Şuşanın, 18-də isə Laçının işğalı fəlakət idi. Laçının işğalından sonra digər rayonlarımızın işğalı sürətləndi.
Biz artıq tarixi torpaqlarımızı dirçəldirik. Laçın sərhəd buraxılış məntəqəsinin açılması ilə suvenerliyimiz tam təmin olundu. Prezidentin çıxışında dedikləri bir daha təsdiqlədi ki, Qarabağda yenidənqurma işləri intensiv xarakter daşıyır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya
Media Kuboku 2026-nın püşkü atıldı
17:07 14.07.2026
İdman
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
17:06 14.07.2026
Cəmiyyət
Suraxanıda evdən oğurluq edən qadın saxlanıldı
16:53 14.07.2026
Hadisə
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib
16:52 14.07.2026
Dünya
Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət uzadıldı
16:30 14.07.2026
Dünya
ABŞ İrana hücum etdi - üç nəfər öldü - YENİLƏNDİ
16:27 14.07.2026
Dünya
Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir
16:20 14.07.2026
Mədəniyyət