
Qarabağın inkişafı kənd təsərrüfatı məhsullarının istehsalının genişlənməsinə şərait yaradacaq -EKSPERT
10:16 05.03.2025
Qarabağ
819
İşğaldan azad olunmuş ərazilərin iqtisadiyyatı Azərbaycanın ümumi inkişaf strategiyasının mühüm hissəsidir. 30 ilə yaxın davam edən işğal nəticəsində bu bölgələrin infrastrukturu, kənd təsərrüfatı və sənaye potensialı ciddi ziyan görmüşdü. Lakin hazırda dövlət və özəl sektorun iştirakı ilə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
Bu ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları tətbiq edilir, yollar, elektrik stansiyaları, suvarma sistemləri və digər strateji obyektlər tikilir. Kənd təsərrüfatının, turizmin və mədən sənayesinin inkişafı üçün böyük potensial mövcuddur. Xarici və yerli sərmayədarların cəlb olunması da iqtisadi aktivliyi artırır. Ümumilikdə, bu bölgələrin iqtisadi dirçəlişi Azərbaycanın uzunmüddətli inkişafına və regional inteqrasiyasına mühüm töhfə verəcək.
İqtisadçı ekspert Xalid Kərimli "Sherg.az"a deyib ki, işğaldan azad olunmuş ərazilərin kənd təsərrüfatı potensialı mövcuddur:

"Zəngilan, Kəlbəcər, Ağdərə regionu qızıl, gümüş, mis və s. kimi mədən ehtiyatları ilə zəngindir. Həmçinin Qarabağ bölgəsi turizmin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Əhalinin yerləşməsindən sonra isə coğrafi, qastronomik və müalicəvi turizmin də inkişafı gözlənilir. O cümlədən bərpa olunan enerji məsələsinə nəzər salsaq görərik ki, dövlət tərəfindən dağ çaylarında elektrik stansiyaları da istifadəyə verildi. Bütün bunlarla yanaşı, hökumət işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin edilməsi və yol-nəqliyyat istiqamətində infrastruktur layihələrini həyata keçirir. Həmçinin sözügedən işlərin yekunlaşmasından sonra əhalinin gediş-gəliş məhdudiyyəti də tamamilə aradan qaldırılacaq. Digər tərəfdən Qarabağ bölgəsi ölkə ərazisində kənd təsərrüfatı məhsullarının istehsalında, xüsusilə bağçılıq, bostançılıq, əkinçiliyin genişlənməsinə şərait yaradacaq. Bu isə ixrac imkanlarının artırılması deməkdir. Mədənçilik sahəsində istismarın dayandırılması iş yerlərinin açılmasına və dövlətimizin mədənçilik sənayesinin inkişafına səbəb olacaq. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə turizm obyektlərinin günü-gündən artması nəticə etibarilə ölkəyə turist axınını sürətləndirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region