
Rəsmi Bakının mövqeyi aydın və dəqiqdir: Ermənilərin qayıdışı mövzusu qapanmış sayılır
Yusif Nəzərli
05:00 17.10.2024
Qarabağ
1506
“Əgər Ermənistan, yaxud onun havadarları Qarabağa qayıdışı tələb edirlərsə, o zaman Qərbi azərbaycanlıların da bu hüququ tanınmalıdır”
Ermənistan Prezidenti Vaaqn Xaçatryan erməni kanallarına müsahibəsində bildirib ki, ermənilərin Qarabağa qayıtmasından yalnız Azərbaycanla sülh əldə olunduqdan sonra danışmaq mümkün olacaq. Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının rəhbəri Artur Ovannisyan isə deyib ki, hazırda Qarabağ ermənilərinin hansısa formada geri qayıtmaları ilə bağlı təsəvvürü yoxdur. Onun sözlərinə görə, hökumət hazırda Qarabağ ermənilərinin Ermənistan cəmiyyətinə inteqrasiyası üçün çalışır: “Hökumət hər cür şəkildə çalışır ki, Qarabağdan olan soydaşlarımızın problemlərini həll etsin, onlar Ermənistanın həyatına tam inteqrasiya olunsunlar”. Hakim partiyanın üzvü bu məsələni ortaya atan revanşist və radikalları avantürist adlandırıb: “İndi gəlib Qarabağ sakinlərini geri qayıtma ehtimalının olduğuna inandırmağa çalışanların hamısı avantüristdir. Ermənistanın boynuna yeni siyasi kəndir taxmaq üçün belə bir proses yaradıb aranı qarışdırmağa çalışırlar”.
AMİP Siyasi Şurasının üzvü, siyasi şərhçi Əli Oruclu "Sherg.az"a deyib ki, Qarabağdan könüllü Ermənistana köç edən ermənilərin yenidən qayıtması ilə bağlı səsləndirilən fikirlər məqsədli şəkildə zaman-zaman aktuallaşdırılır. Ekspert bildirib ki, Azərbaycanın orada yaşamış ermənilərə cəmiyyətə reinteqrasiya təklif etməsinə və təhlükəsizliklərinə təminat verməsinə rəğmən, bununla razılaşmayıblar, öz seçimlərini ediblər:

"Düşündülər ki, belə bir addım atmaqla istəklərinə nail olub hansısa yüksək status və güzəştlər əldə edə biləcəklər. Azərbaycanın qətiyyətli və prinsipial mövqeyi ermənilərin və havadarlarının həmin məkrli planlarını pozdu. Qarabağdan köç edən 20 minə yaxın ermənin sayını şişirtməklə müxtəlif dairələr, xüsusən də bəzi Qərb dövlətləri bundan Bakıya qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Qarabağdan köç edən ermənilərdən təkcə Azərbaycana qarşı istifadə olunmur. Onlar Paşinyan hakimiyyəti üçün problem yarada biləcək qüvvə rolunda da çıxış edir. Odur ki, Ermənistan hakimiyyəti Qarabağdan köç edən ermənilərdən canlarını qurtarmaq və separatçı tör-töküntülərdən xilas olmağa çalışır".
Ə.Oruclu vurğulayıb ki, köç edən ermənilər Ermənistan hakimiyyətinə də ciddi problem yaratsalar da, İrəvan öz məqsədlərini gerçəkləşdirmək üçün gələcəkdə bu faktorun tam aradan qalxmasında maraqlı deyil:
"Göründüyü kimi, həm bəzi xarici dairələr, həm də Ermənistan iqtidarı bundan sonra da bu amildən faydalanmağa çalışacaq. Əgər Ermənistan, yaxud onun havadarları Qarabağa qayıdışı tələb edirlərsə, o zaman Qərbi azərbaycanlıların da bu hüququ tanınmalıdır. Rəsmi Bakının mövqeyi aydın və dəqiqdir. Hansısa fərqli yanaşmadan və yaxud güzəştdən söhbət gedə bilməz. Ermənilərin qayıdışı mövzusu qapanmış sayılır. Düşünürəm ki, sülh sazişi ilə bağlı Ermənistanla Azərbaycan arasında aparılan danışıqların predmetində də ermənilərin yenidən qayıtması mövzusu öz əksini tapmamalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm