Ruslan və Nasir qardaşları Şuşanı tərk etməyiblər
Ruslan və Nasir qardaşları Şuşanı tərk etməyiblər
Yusif Nəzərli
04:31 15.09.2024
Qarabağ
1747
Bəlkə hələ də oradadırlar... Torpağın bağrından üzə çıxacaqlar bir gün...
Haqqında söhbət açacağımz şəhidlərimiz 2 qardaş – Ruslan və Nasir Bağırovlardır. Ruslan da Nasir də Şuşada doğulub, Şuşa torpağına qarışan, məhz sözün həqiqi mənasında torpağın içində itib-batan şəhidlərdir. İtkin sayılırlar. Onların öldüyünü kimsə görməyib, meyitləri də tapılmayıb. Haradadırlar, hara qeyb olublar, kimsə bilmir. Bilinən yalnız budur ki, Ruslan və Nasir 1992-ci ilin 8 may günündə Şuşanı tərk etməyiblər. Şuşada qalıblar. Bəlkə hələ də oradadırlar... Torpağın bağrından üzə çıxacaqlar bir gün...
Onlar haqqında məlumatı istedadlı şir-publisist Kəmalə Abıyevanın məqaləsindən aldıq. Kəmalə Abıyeva yazır ki, Ruslanla Nasir ikisi də Şuşada doğulmuşdu, ikisi də Şuşaya qarışdı:
- Ruslan ailənin 6 övladından dördüncüsü olub. Hüseynqulu müəllimlə Zərif xanımın ailəsi Şuşanın xoşbəxt ailələrindən idi. 6 övlad böyüyürdü ailədə: Elman,Yelmar, Fərman, Lyudmila, Ruslan, Nasir. Ailənin 5-ci övladı dünyaya gələndə təbiətin ən gözəl vaxtıydı. Yaz gəlirdi. Şuşa əsrarəngiz gözəlliyə bürünür yazda. Dağı-daşı gül açır mart ayında. Ailənin dördüncü oğlu 1956-cı il martın 11-də anadan oldu. Hüseynqulu müəllim Puşkin yaradıcılığını sevdiyindən oğluna Ruslan adını verib. Yeganə qızının adını isə Lyudmila qoyub. Ruslan Şuşa şəhər 4 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirib Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitetə) qəbul olunub. Ali təhsilini başa vurub öz el-obasına qayıdıb: əvvəlcə Şuşada Mənzil İstismar İdarəsinin müdiri, sonra peşə məktəbində direktor müavini işləyib. İngilis dili müəlliməsi olan Rəhilə xanımla ailə qurub. Emil və Zərifin atası oldu. Qarabağ müharibəsi başlananda baş leytenant rütbəli Ruslan Bağırov Milli qəhrəman Ramiz Qənbərovun başçılığı ilə yaranan özünümüdafiə batalyonunda rota komandirinin müavini olub. Son anacan doğma şəhərini qoruyub. Rusiyanın Hərbi bazalarından atılan qradlar gözəl Şuşanı alovlara qərq edənə, erməni və rus silahlıları şəhərə girənə kimi döyüşüb Ruslan. Qardaşı Nasir kimi... Nasir isə ailənin sonbeşiyi idi. 1958-ci il may ayının 22-də dünyaya gəlmişdi.
Ailənin yeganə qız övladı - beş qardaşın tək bacısı Lyudmila xanımın xatirələrindən:
- Ən kövrək, ən əziz, şirin və ən ağrılı xatirələrimdir o illər. Ailəmizin böyük hörməti vardı. Xoşbəxt idik. Elə bil Şuşada hamı xoşbəxt idi. Nasir sonbeşiyimiz idi. Elə bilirdik ki, o, hamımızdan sevimlidir. Valideynlərim onun Bakıya getməsinə razı olmadılar. Nasir Şuşada Orta İxtisas Musiqi məktəbində təhsil aldı. Musiqini sevirdi. Gözəl tar çalırdı. Amma tar müəllimi kimi işləyə bilmədi. Həyətimizdə elektrik mişarı ilə işləyəndə ehtiyatsızlıqdan bir neçə barmağını itirdı. Tar çala bilmədi. Sonra mağazada işlədi. Bütün qeyrətli oğullar kimi könüllü özünümüdafiə batalyonuna yazıldı. Topçu idi. Son anacan Şuşadan çıxmayıb qardaşlarım. Orada olan oğullarımızdan xəbər tuta bilmədik. Doğma yurddan çıxmadılar, Şuşa torpağına qovuşdular. Qardaşlarımı itirəndən sonra meylimizi gəlinlərə, onların övladlarına saldıq. Onların çətinliyi təkcə atalarının yoxluğu oldu. Rəhilə də, Nərminə də mərd duruşlu, sədaqətli xanımlardı, çox cəfakeş analardı. Övladlarını qəhrəman atalarının adına layiq böyütdülər. Hər biri ali təhsil aldı. Gözəl övladlar oldular.... Qələbədən sonra igid oğullarımızın canlarını fəda etdiyi torpaqları, doğma yerləri gördüm yenidən. Yenə Şuşanın suyunu içdim, havasını ciyərimə çəkdim. Qardaşlarımın son döyüş yerlərinə saatlarla baxdım. Mənə elə gəlirdi ki, yenə o günləri yaşayacam... İllərdir qardaşlarım yuxuma gəlir, həmişə dərdli, qapqara, yaralı görürdüm onları. Qələbədən sonra Şuşaya gedəndə qardaşlarımın son döyüş yerinə baxdım. Bilirdim ki, ermənilər ancaq Xankəndidən Şuşaya gedən yoldan şəhərə daxil ola bilərdilər. Elə bil, onları gördüm - həmin postda dayanmışdılar, sapsağlam, dimdik dayanmışdılar, gülümsəyirdilər...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror biznesmen sevgilisini şantaj edən qadına cəza istədi
13:47 14.07.2026
Hadisə
Konstitusiya Məhkəməsinin 28 illiyi münasibətilə tədbir keçirildi
13:25 14.07.2026
Gündəm
IV Şuşa Qlobal Media Forumu başa çatdı
13:17 14.07.2026
Media
Moldova Rusiya səfirini XİN-ə çağırdı
13:09 14.07.2026
Dünya
Yol polisi sürücülərə xəbərdarlıq etdi
12:50 14.07.2026
Cəmiyyət
Çempionlar Liqası: “Sabah” cavab matçına çıxır
12:45 14.07.2026
Futbol
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşüb
12:40 14.07.2026
Siyasət
Əliyev və Pelleqrini işğal dövründə güllələnmiş büstlərə baxıblar
12:29 14.07.2026
Rəsmi
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
12:23 14.07.2026
Siyasət
Kardioloq ürək sağlamlığını qorumağın 5 əsas yolunu açıqlayıb
12:17 14.07.2026
Sağlamlıq
Çox yüngül uçuş aparatlarının uçuş qaydaları müəyyənləşəcək
11:59 14.07.2026
İnfrastruktur
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
11:52 14.07.2026
Sosial
Tramp: İranı demək olar ki, Daş dövrünə qaytarmışıq
11:27 14.07.2026
Gündəm
Ölkədə Media və Yayım Şurası yaradıldı
11:20 14.07.2026
Media