Şuşa və Trabzon şəhərləri qardaşlaşdı

Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri qardaşlaşıb.

Teleqraf xəbər verir ki, WUF13 çərçivəsində Trabzon və Şuşa şəhərləri arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Sənədi xüsusi nümayəndə Aydın Kərimov və Trabzon şəhər bələdiyyə başçısı Ahmet Metin Genç imzalayıb.