Şuşada çoxprofilli xəstəxananın tikintisi bitmək üzrədir
19:27 12.10.2023
Qarabağ
1071
Son iyirmi ildə ölkəmizdə 750-dən çox tibb müəssisəsi inşa olunaraq, ən yüksək texnologiyalarla təchiz olunaraq əhalinin istifadəsinə verilib. Ölkə səhiyyəsinin uğuru kimi icbari tibbi sığortanı da qeyd etmək yerinə düşərdi. İcbari tibbi sığorta geniş miqyasda həyata keçirilir və demək olar ki, səhiyyənin bütün sahələrini əhatə edir. Mütəmadi olaraq xidmətlər zərfi həm genişlənir, həm də yenilənir. Son dərəcə çətin, ağır və böyük maliyyə tutumlu cərrahi əməliyyatlar icbari tibbi sığorta tərəfindən qarşılanır. Onlara orqan-toxuma transplantasiyası və ağır, mürəkkəb açıq qəlb əməliyyatlarını nümunə göstərə bilərik.
Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin II Beynəlxalq Konqresində çıxışı zamanı deyib.
Əhliman Əmiraslanov bildirib ki, hazırda Azərbaycan səhiyyəsinin qarşısında duran ən mühüm məsələlərindən biri işğaldan azad olunmuş ərazilərdə viran edilmiş səhiyyə müəssisələrinin bərpa edilməsidir. Bu istiqamətdə artıq uğurlu addımlar atılır. Qədim Şuşada çoxprofilli xəstəxana kompleksinin inşası bitmək üzrədir. Əminəm ki, xəstəxana yaxın vaxtlarda istifadəyə veriləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya
Media Kuboku 2026-nın püşkü atıldı
17:07 14.07.2026
İdman
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
17:06 14.07.2026
Cəmiyyət
Suraxanıda evdən oğurluq edən qadın saxlanıldı
16:53 14.07.2026
Hadisə
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib
16:52 14.07.2026
Dünya
Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət uzadıldı
16:30 14.07.2026
Dünya
ABŞ İrana hücum etdi - üç nəfər öldü - YENİLƏNDİ
16:27 14.07.2026
Dünya
Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir
16:20 14.07.2026
Mədəniyyət