TBMM-in nümayəndə heyəti Şuşaya səfər edib
15:32 19.10.2023
Qarabağ
885
Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzunun rəhbərlik etdiyi parlament nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində oktyabrın 19-da Şuşa şəhərində olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, nümayəndə heyətini Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər müşayiət ediblər.
Şuşada qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verilib.
Sonra TBMM-in nümayəndə heyəti Şuşada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm sərgisi ilə tanış olub.
Qonaqlar Saatlı və Yuxarı Gövhər ağa məscidlərində, Cıdır düzündə olmuş, Şuşanın Qala divarlarını seyr etmişlər. Cıdır düzündə qonaqlara məlumat verilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad etmişlər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya
Media Kuboku 2026-nın püşkü atıldı
17:07 14.07.2026
İdman
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
17:06 14.07.2026
Cəmiyyət
Suraxanıda evdən oğurluq edən qadın saxlanıldı
16:53 14.07.2026
Hadisə
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib
16:52 14.07.2026
Dünya
Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət uzadıldı
16:30 14.07.2026
Dünya
ABŞ İrana hücum etdi - üç nəfər öldü - YENİLƏNDİ
16:27 14.07.2026
Dünya
Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir
16:20 14.07.2026
Mədəniyyət
Kəlbəcərdə 1989-cu il 14 iyul faciəsinin qurbanları anılıb - FOTO
16:16 14.07.2026
Qarabağ
Tramp Lindsi Qremin bacısının senator təyin edilməsinə nail olub
16:10 14.07.2026
Dünya
Aİ Ermənistanda Rusiyanın təsirini azaltmağa çalışır - Ekspert
15:53 14.07.2026
Gündəm
Bu il Gürcüstandan azı 4 min qanunsuz miqrant deportasiya olunacaq
15:48 14.07.2026
Region
ABŞ İranın iki şəhərini bombaladı
15:46 14.07.2026
Dünya