Türkiyə Prezidentinin baş müşaviri Xocavənd otelinin açılışında iştirak edib -VİDEO
08:53 20.05.2025
Qarabağ
581
Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu Qarabağın Xocavənd şəhərində, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlinin dəvəti ilə mayın 17-də Xocavənd otelinin açılışında iştirak edib.
Sherg.az xəbər verir ki, açılışda Xocavənd Rayonu İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Ağdam, Füzuli və Xocavənd şəhərlərinin Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, həmçinin Qarabağ qaziləri və şəhid ailələri iştirak ediblər. Yalçın Topçu açılış münasibətilə etdiyi çıxışında, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və türk millətinin salamlarını çatdıraraq bunları qeyd edib: “BMT və ATƏT-in qərarlarına baxmayaraq 30 ildir erməni silahlı qüvvələri və terror təşkilatlarının işğalı və soyqırımı altında olan öz torpağı Qarabağı, qəhrəman övladlarının nəcib qanları və müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin böyük iradəsi və müdrikliyi ilə idarə etdiyi 44 günlük şanlı qələbənin nəticəsində, işğalçıları it qovan kimi qovub işğaldan azad etdi. Can Azərbaycan; ermənilər kimi başqasının torpağını işğal etməyib, mülki şəxsləri və mülki yaşayış məntəqələrini hədəf almayıb, soyqırım törətməyib, müharibənin və beynəlxalq hüququn qanuniliyi çərçivəsində qalaraq 44 günlük şanlı qələbəsini həyata keçirib. İndi zaman, erməni işğalçılarının dağıtdığı Qarabağın hər guşəsini birlikdə yenidən dirçəltmək və bərpa etməkdir və Türkiyə bu məsələdə də Can Azərbaycanın yanında olacaqdır. Məhz bu dirçəliş və bərpanın çox gözəl bir nümunəsini Azərbaycanın milli qəhrəmanı və türk dünyasının da qəhrəman övladı, qardaşım İbad Hüseynli həyata keçirdi. Açılışını həyata keçirdiyimiz bu gözəl məkan Xocavənd və Qarabağ üçün xeyirli olsun, inşallah çox-çox ziyarətçi qəbul etsin. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa nəsib etsin, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və onun şanlı əsgərlərinə eşq olsun. Dost da, düşmən də gördü ki Qarabağ Azərbaycandır!” deyərək nitqini tamamlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region