
Xocalı yenidən qurulur: Bu, tarixi Zəfərin məntiqi davamıdır
Yusif Nəzərli
14:02 29.05.2024
Qarabağ
2372
“Böyük Qayıdış” Proqramı çərçivəsində Xocalı şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Xocalıya çatan ailələrə yeni evlərinin açarları təqdim olunub. 24 ailə olmaqla, 88 nəfər Xocalı sakini doğma yurduna qovuşub. Açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər. Ailələr açarları sevinc hissi ilə təhvil alaraq, yeni evlərində məskunlaşıblar.
Qeyd edək ki, ilk mərhələdə Xocalıda 20 ailə məskunlaşdırılıb. 28 May –Dövlət Müstəqilliyi günü İlham Əliyev vә birinci xanım Mehriban Əliyeva Xocalıda dövlət tərəfindən tikilən ilk yaşayış kompleksinin açılışında iştirak ediblәr vә şəhərə ilk köçən sakinlərlə görüşüblәr.
Xocalı sakinlərini öz ata-baba yurdlarına qayıtmaları münasibətilə təbrik edən İlham Əliyev qayıdışın Azərbaycanın müstəqilliyinin 106-cı ildönümünә tәsadüf etmәsinin simvolik mәna daşıdığını bildirib.
İlham Əliyev həmçinin Xocalı sakinlərini Müstəqillik günü münasibəti ilə təbrik edərək deyib: “Azərbaycan xalqı əmin olmalıdır ki, xalqımızın başına bir daha belə faciəvi hadisələr gəlməyəcək”. Xatırladaq ki, Xocalı 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və həmin gün 613 azərbaycanlı qətlə yetirilib. Sentyabrın 19-da Azərbaycan ordusunun Qarabağda başlatdığı antiterror əməliyyatı nəticəsində Xocalı yenidən Azərbaycanın nəzarətinə keçib.
“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin həmtəsisçisi Şamil Sabiroğlu “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Xocalıda da quruculuq işləri uğurla davam etdirilir. Xocalı yenidən qurulur. Bu, tarixi Zəfərin məntiqi davamıdır. Xocalı sakinini sözlərinə görə, Xocalıya qayıdış keçən ilin 19-20 sentyabr ayında həyata keçirilən uğurlu anti-terror əməliyyatı, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, sarsılmaz iradəsi, məğlubedilməzliyi, prinsipiallığının, güclü diplomatiyasının təntənəsidir:

“ Müstəqillik günündə ölkə başçısının işğaldan azad olunmuş Xocalı şəhərinə səfəri keçmiş məcburi köçkünlərin qayıdışı baxımından da əlamətdar bir gün oldu. 28 May bizim üçün ikiqat bayrama çevrildi. Şübhəsiz ki, cənab Prezident İlham Əliyevin 28 May- Müstəqillik gününü Xocalılarla birlikdə qeyd etməsi təsadüfi olmamaqla yanaşı, xüsusi rəmzi məna daşıyırdı. Xocalı şəhərində sakinlərlə görüşən dövlət başçısı İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, həmçinin, Xocalı soyqırımının baş vermə səbəblərindən danışdı.O, 2023-cü il sentyabrın 19-20-də Qarabağda aparılan lokal antiterror əməliyyatları nəticəsində Xocalı şəhərinin azad edilməsini böyük uğur kimi dəyərləndirdi. Bütün bunlar çox böyük uğur və nailiyyətdir. Məncə, əlavə sözə ehtiyac yoxdur. Allah dövlətimizi, xalqımızı, ordumuzu və ali baş komandanımızı qorusun. Müzəffər Ali Baş Komandan tərəfindən Xocalıda, Xankəndidə və digər ərazilərimizdə ucaldılan şanlı bayrağımızın bu torpaqlarda günahsızcasına şəhid edilmiş övladlarımızın, şəhidlərimizin əziz xatirəsinə ən böyük töhfədir. Xocalıda bu gün Azərbaycan bayrağı qürurula dalğalanır. Erməni vandalizminin bütün izləri silinir. Xocalının əsl sakinlərinin qayıdışı, öz- dədə baba evlərində rahat yaşaması üçün zəruri tədbirlər, tikinti-quruculuq işləri həyata keçirilir. Ümumiyyətlə məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı dövlət siyasətinin mühüm prioritetidir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə daha da sürətlənir, Böyük Qayıdış proqramı uğurla icra olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror biznesmen sevgilisini şantaj edən qadına cəza istədi
13:47 14.07.2026
Hadisə
Konstitusiya Məhkəməsinin 28 illiyi münasibətilə tədbir keçirildi
13:25 14.07.2026
Gündəm
IV Şuşa Qlobal Media Forumu başa çatdı
13:17 14.07.2026
Media
Moldova Rusiya səfirini XİN-ə çağırdı
13:09 14.07.2026
Dünya
Yol polisi sürücülərə xəbərdarlıq etdi
12:50 14.07.2026
Cəmiyyət
Çempionlar Liqası: “Sabah” cavab matçına çıxır
12:45 14.07.2026
Futbol
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşüb
12:40 14.07.2026
Siyasət
Əliyev və Pelleqrini işğal dövründə güllələnmiş büstlərə baxıblar
12:29 14.07.2026
Rəsmi
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
12:23 14.07.2026
Siyasət
Kardioloq ürək sağlamlığını qorumağın 5 əsas yolunu açıqlayıb
12:17 14.07.2026
Sağlamlıq
Çox yüngül uçuş aparatlarının uçuş qaydaları müəyyənləşəcək
11:59 14.07.2026
İnfrastruktur
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
11:52 14.07.2026
Sosial
Tramp: İranı demək olar ki, Daş dövrünə qaytarmışıq
11:27 14.07.2026
Gündəm
Ölkədə Media və Yayım Şurası yaradıldı
11:20 14.07.2026
Media