
Xocalıda torpağa yavaş ayaq basın!
06:03 02.04.2024
Qarabağ
2144
Orada hər addımda bir şəhid, bir şahid uyuyur Asəf Quliyev: “Həsənabad kəndində müharibənin ilkin dövründə əsir götürülmüş şəxslərin saxlanılması, edam olunması və basdırılması halları olub”
Xocalıda daha bir kütləvi məzarlığın aşkarlanması erməni vəhşiliyinin təkzibolunmaz daha bir sübutudur. İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı araşdırmalar davam etdirilir. Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların 18 nəfər şəxsə məxsus olması (4 nəfərin azyaşlı olması ehtimal edilir), müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib. Həmçinin aşkar edilmiş insan qalıqları xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılıb. Kütləvi məzarlıqda aşkarlanan insan qalıqları Xocalı qəbiristanlığında hörmətlə, qaydalara uyğun dəfn edilib. Erməni vəhşiliyinin qurbanı olmuş şəxslərin yaxınları, doğmaları dəfn mərasimində iştirak edib. Hələ neçə belə kütləvi məzarlıq tapılacaq, zaman keçdikcə? İndiyədək itkin düşmüş, girov götürlümüş şəxslərin hələ neçəsi torpaq altındadır? Bu suallara zaman cavab verəcək.
Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri, əslən Qarabağdan olan həmkarımız Asəf Quliyev isə “Sherg.az"a açıqlamasında Xocalı rayonunun Həsənabad kəndini nişan verdi:

"Məlumat üçün bildirim ki, “Müharibənin torpaq altında qalan izləri” layihəsi çərçivəsində araşdırmalara başlamışıq artıq. Nəticələr də var. Əldə etdiyimiz ilkin məlumatlara görə, Xocalı rayonunun Həsənabad kəndində müharibənin ilkin dövründə əsir götürülmüş şəxslərin saxlanılması, edam olunması və basdırılması halları olub. Bundan başqa, digər yerlərdə həlak olan hərbçilərimizin də Həsənabad kəndi ərazisində basdırılması ilə bağlı məlumatlar əldə etmişik. Həsənabadda kütləvi məzarlığın olması ehtimalı yüksəkdir. Apardığımız araşdırmalarla bağlı yaxın zamanlarda geniş məlumat veriləcək. İlkin məlumatı paylaşmaqda məqsəd əldə olunanların əlaqədar orqanların diqqətinə çatdırmaqdır. Əgər bu məlumat, heç olmasa, bir ailənin belə uzun illər davam edən həsrətinə son qoyacaqsa, demək, zəhmətimiz hədər getməyib. Əldə olunan informasiyalarda Həsənabadda dəfn olunan şəxslərin adları da var. Lakin məlumat dəqiqləşdirildikdən sonra adlar açıqlanacaq. Bir məsələni də qeyd edim ki, informasiya mənbələrinin bəziləri Ermənistandadır. Bu mənbəni aparılan araşdırmaların nəticələri əldə olunduqdan sonra açıqlayacağıq. Bunu da demək istəyirəm ki, Xocalıya, ümumiyyətlə, Qarabağa səfər edənlər, asta, ehmalca addımlasınlar, torpağa yavaş ayaq bassınlar. Orada hər addımda bir şəhid, bir şahid uyuyur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol