Külək enerjisi Xəzər regionunun enerji keçidində həlledici rol oynayacaq
14:30 01.03.2024
Gündəm
1537
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, “WindEurope” Avropa Külək Enerjisi Assosiasiyasının baş direktoru Giles Dicksonun iştirakı ilə “Dənizdə külək enerjisindən istifadənin inkişafı” üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçirilib.
“APA-Economics” xəbər verir ki, külək enerjisi şirkətləri, Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğu, AİB, AYİB və Dünya Bankının da təmsil olunduğu tədbirdə dənizdə külək enerjisi ehtiyatlarının işlənilməsində əməkdaşlığa qarşılıqlı maraq ifadə olunub. Külək enerjisinin bütövlükdə Xəzər regionunun enerji keçidində həlledici rol oynayacağı qeyd edilib. Quruda və dənizdə olan külək potensialından istifadənin 2030-cu ilə qədər bərpa olunan enerji gücünün üç dəfə artırılması qlobal hədəfinə töhfə verəcəyi bildirilib. Qeyd olunub ki, quruda quraşdırılmış hər yeni külək turbini 13 milyon avro iqtisadi effekt yaradır.
Yekunda “Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “WindEurope” arasında külək enerjisi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2030-cu ilədək "yaşıl artım"ı və bərpa olunan enerji növlərinin yaradılması, dünya bazarına nəqlini prioritetləşdirən siyasəti olkəmizin nəhəng kulək enerjisi potensialından müasir texnologiyalar, qabaqcıl təcrübə və beynəlxalq enerji tərəfdaslığı əsasında geniş istifadəni aktuallaşdırır. WindEurope ilə əməkdaşlığımız Xəzərin külək enerjisinin Avropaya ixracı ilə bağlı səylərimizi dəstəkləməklə Aİ ilə strateji tərəfdaşlığımıza da töhfə verəcək.”
“WindEurope” Avropa Külək Enerjisi Assosiasiyasının icraçı direktoru Gils Dikson deyib: "Biz Xəzər regionunda külək enerjisinin tətbiqinin təşviqində Azərbaycan Respublikası ilə əməkdaşlıqdan çox məmnunuq. Bu tərəfdaşlıq daha iri həcmlərdə bərpa olunan enerji yaratmaq və iqtisadi inkişafı dəstəkləmək üçün ortaq öhdəliyimizi vurğulayır. Biz birlikdə Azərbaycanın bərpa olunan enerji sahəsində iddialı məqsədlərini dəstəkləmək üçün külək enerjisi sahəsində Avropa təcrübəsindən istifadə edəcəyik".
Sənəddə külək enerjisi komponentlərinin yerli və Avropa mənbələrindən əldə edilməsi imkanlarının araşdırılması, külək enerjisi layihələrinin tətbiqi, istehsal olunan elektrik enerjisini təmin etmək üçün interkonnektorların inkişafı ilə bağlı bilik və qabaqcıl təcrübə mübadiləsinin aparılması, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə əməkdaşlıq öz əksini tapıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi