RİNN nümayəndəsi nüfuzlu beynəlxalq təşkilatda proqram meneceri təyin olunub
Yusif Nəzərli
05:51 04.03.2024
Gündəm
338
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirir. Əməkdaşlığın inkişaf etdirilməsi üçün görülən tədbirlərdən biri də beynəlxalq təşkilatlarda təmsilçiliyin artırılmasıdır.
“APA-Economics” xəbər verir ki, Ümumdünya Poçt İttifaqı (ÜPİ) ilə aparılan danışıqlar nəticəsində “Azərpoçt” MMC-nin Beynəlxalq daşımalar departamentinin müdiri Anar Məcidov 4 mart tarixindən etibarən ÜPİ-nin Avropa və MDB ölkələri üzrə proqram meneceri vəzifəsində çalışmağa başlayıb. Anar Məcidov sözügedən vəzifədə çalışdığı müddətdə təşkilatın Avropa və MDB ölkələrində həyata keçiriləcək texniki əməkdaşlıq proqramları və layihələri ilə əlaqədar işin təşkili və qiymətləndirilməsini aparacaq.
Azərbaycan nümayəndəsinin belə yüksəknüfuzlu beynəlxalq təşkilatda mühüm vəzifəyə qəbul olunması ölkəmizin ÜPİ ilə apardığı uzunmüddətli və sıx əməkdaşlığının təzahürüdür. ÜPİ ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq əsasında qurulan əlaqələr regionda və dünya miqyasında poçt xidmətlərinin inkişafına və modernləşdirilməsinə mühüm təsir göstərir. Yeni təyinat isə, öz növbəsində, bütün regionda əməkdaşlığın daha da genişlənməsinə, ölkədə beynəlxalq təcrübənin artırılmasına, əlavə layihələrin və proqramların təşviqinə, habelə ÜPİ-nin Avropa və MDB ölkələri üzrə fəaliyyətlərinin daha da inkişafına əlavə imkanlar yaradacaq.
Bu təyinat tərəflərin poçt sektorunda əməkdaşlığı gücləndirmək üçün səylərinin növbəti mərhələsidir. Yeni mərhələ qarşıda dayanan perspektivlər istiqamətində əməkdaşlığın daha da möhkəmlənməsi və poçt xidmətlərinin müasir standartlara cavab verməsinin təmin edilməsi üçün möhkəm əsas yaradır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi