“Orden" və "medal "paylayan QHT-lərə xəbərdarlıq -RƏY
“Orden" və "medal "paylayan QHT-lərə xəbərdarlıq -RƏY
14:26 05.09.2024
Gündəm
470
Hər kəs qanunla qadağan olunan fəaliyyətdən çəkinməli, məsələnin hüquqi məsuliyyətini dərk etməlidir
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bəyanat yayaraq “orden" və "medal "paylayan QHT-lərə ciddi xəbərdarlıq edib. Bəyanatda qeyd olunur ki, son zamanlar bir sıra QHT-lərin özlərindən orden və medallar təsis etməsi və müxtəlif şəxsləri, xüsusilə şəhid ailələrinin üzvlərini, o cümlədən vəzifəli şəxsləri, dövlət məmurlarını bu orden və medallarda təltif etməsi müşahidə edilir: “Bildiririk ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Bu Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən “orden” və ya “medal” ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz. İctimaiyyəti diqqətli olmağa çağırır, bu cür əməllərlə məşğul olan QHT-ləri qanunla qadağan olunan fəaliyyətdən çəkinməyə, məsələnin hüquqi məsuliyyətini dərk etməyə dəvət edirik”.
Qeyd edək ki, Agentliyin bəyanatı ictimaiyyətdə müsbət qarşılanıb. İctimaiyyət, həmçinin vətəndaş cəmiyyəti institutu nümayəndələri uzun illərdir bəzi qht-lərin “orden, medal alveri”nə, nəhayət son qoyulacağına ümid etdiklərini bildiriblər. Xüsusən də şəhid valideynlərinə, ailə üzvlərinə və onlara “dəstək olanların” təltif edilməsi cəmiyyət tərəfindən qınanır. Sosial şəbəkə istifadəçilərinin bir çoxu qeyd edir ki, şəhid valideynlərinə, ailə üzvlərinə ən böyük, şərəfli adı şəhidlərin özü bəxş edib. Şəhid ailələri Vətənimizin qürurudur. Dövlət tərəfindən onlara daim diqqət və qayğı göstərilir. Amma bəzi üzdəniraqlarlar şəhid ailələrinə yardımla özlərini reklam edir, bəzi qht-lər də onları təltif edir. Cəmiyyət bu məsələdə yekdildir ki diplom paylayan QHT- lərə ciddi nəzarət olmalıdır, onlar qanunla cəzalanmalıdırlar. Belə də olmalıdır, çünki cəzalanma olmayanda hər yetən əlinə bir dəmir alıb insanlatın sinəsinə taxır, bununla guya nəsə bir iş gördüklərini, fəaliyyət göstərdiklərini gözə soxmağa çalışırlar. Belələri qanun çərçivəsində cəzalanmalıdır. Saxtakarlıq edənlərə qadağa qoyulmalıdır! Agentliyin belə bir bəyanat verməsi çox doğru qərardır. İctimaiyyət hesba edir ki, bu xəbərdarlıq çoxdan edilməliydi. İndiyədək qht-lər özlərindən çox şey “icad” edib. Sosial şəbəkə istifadəçiləri arasında məlum bəyanatı gecikmiş hesab edənlər də var, çünki “bəzilərinin yaxası medal və ordenlə dolub artıq, sinədə yer qalmayıb”. Mehriban Hasanova adlı istifadəçisi isə belə qeyd edib: “Paylamırlar, satırlar. Biri mənə “Heydər Əliyev medalı”nı təklif etdi, qəbul etmədim. QHT-in Heydər Əliyevin adına medal təsis etməyə səlahiyyəti olmadığını bilirdim, soruşdum, utanmadan dedilər ki, 200 AZN-ə başa gəlir”.
“Sherg.az” bəzi QHT-lərin orden və medal alverinə kəskin rəy bildirən Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Müqavimət (Muğan) Əliyevin fikirlərini təqdim edir:
- Mən bu fikirləri 6 il bundan qabaq sədr olaraq Fəxri Xiyabanda Ulu Öndəri ziyarət vaxtı demişəm . Ziyarət vaxtı QHT sektorunda olan xanımların mübahisəsinin şahidi oldum və səsimi ucaldaraq bildirdim ki, hansısa yollarla aldığınız medalları taxıb bu ziyarətə gəlməyiniz ayıbdır, hansı səy və xidmətlərinizə görə o medalları sinənizə taxırsınız?! O zaman bir sıra QHT sədrləri mənim sözlərimə biganə qaldılar. Həmişə demişəm, bu gündə deyirəm, fəaliyyəti və xidmətləri olmayan qadın və kişilərin sinələrində medallar görəndə əsəbləşirəm. Bu bəyatı QHT sektorunda 26 il olduğuma görə, ilk Gənc Vətənpərvərlər İctimai Birliyinin təsiscisi, ictimai xadim, Şərq döyüş növləri üzrə fəxri bədən tərbiyəsi idman işçisi olaraq dəstəkləyirəm. Onu da qeyd edim ki, hər bir QHT sədrinin fəaliyyəti ilə tanış olmaq istəyirsinizsə sosial şəbəkələr kifayətdir.Təəssüflə deyirəm ki istər dövlət tərəfindən, istərsə hərbi yönümlü QHT tərəfindən təltiv olunanlar özlərinə sual versinlər - mən bu medala layiqəm, yoxsa yox. Bu məni düşündürür, baxmayaraq ki gecikmiş bəyanatdır. Hesab edirəm ki, heç bir faydalı fəaliyyəti, xidməti olmayan, amma təltif edilmiş qht sədrlərinin medalları geri alınmalıdır. Hərbi yönümlü qht-lərin sədrləri və əlaqədar təşkilatlar araşdırılmadan, tanışlıqla medallar alır. Mən şəxsən utanardım belə medal almaqdan, imtina edərdim.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya
Moldova NATO-ya üzv olmaq istəmir
18:26 24.09.2026
Dünya
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
18:18 24.09.2026
Siyasət
Putin Fransadakı səfiri vəzifəsindən azad edib
18:07 24.09.2026
Gündəm