Avropa Birliyindən (AB) güzəştli münasibət deyil, 30 illik Gömrük İttifaqından irəli gələn hüquqların tanınmasını və Türkiyənin unikal mövqeyinə hörmətlə yanaşılmasını gözləyirik.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin ticarət naziri Ömər Bolat deyib.
Qlobal miqyasda proteksionizm tendensiyalarının artdığı bir dövrdə Türkiyə-AB əlaqələrinin əhəmiyyətinin daha da artdığını vurğulayan nazir “Made in EU” strategiyasını tənqid edib:
“Avropa Birliyinin sənaye bazasını yenidən canlandırmaq, xarici tədarükçülərdən strateji asılılığı azaltmaq və yaşıl keçidi sürətləndirmək məqsədilə hazırlanan AB-nin proteksionist sənaye siyasəti “hazırkı vəziyyətdə Türkiyə ilə Gömrük İttifaqının qaydalarını pozan təsirə malikdir.
Sözügedən ssenari növbəti dörd il ərzində AB-yə avtomobil ixracımızın 53 faiz, 2035-ci ilə qədər isə 68 faiz azalmasına səbəb ola bilər. Belə bir vəziyyətdə hər iki tərəf ciddi iqtisadi xərclərlə üzləşəcək, qiymət artımı inflyasiyaya təkan verəcək və təchizat zəncirləri pozulacaq”.