Ermənistanda Çəmbərək yaxınlığında hərbçiləri yük maşınının vurması nəticəsində bir əsgərin öldüyü hadisə ilə bağlı batalyon qərargah rəisi saxlanılıb.
Sherg.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsi onun vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyətləri aşmaqda şübhəli bilindiyini açıqlayıb.
Məlumata görə, hadisədən əvvəl əsgərlər arasında yeməkxanada münaqişə baş verib. Bundan sonra zabitin “tərbiyə məqsədilə” hərbçiləri gecə vaxtı yolun hərəkət hissəsində qaçışa göndərdiyi iddia olunur.
Avqustun 19-da Çəmbərək–Vahan yolunda hərbçilər qrupunu yük maşını vurub. 19 yaşlı müddətli hərbi qulluqçu Suren Vardanyan hadisə yerində ölüb, 6 əsgər yaralanıb.