Ermənistanın hakim partiyasından erkən seçki açıqlaması

Ermənistan hökuməti növbədənkənar parlament seçkilərinə getməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatı Alxas Qazaryan məlumat verib.

“Bizim növbədənkənar seçkilərə getmək niyyətimiz yoxdur”, - hakim partiyanın üzvü jurnalistlərin müvafiq suallarına cavabında bildirib.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib. “Vətəndaş Müqaviləsi” Partiyası 49,7 faiz səslə seçkilərin qalibi olub.