Həkimlər Köçəryanın məhkəməyə aparılmasına icazə vermədi

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbs məsələsinə baxılması üçün məhkəməyə aparılması həkimlər tərəfindən qadağan edilib.

Sherg.az-ın məlumatına görə, onun oğlu, deputat Levon Köçəryan bildirib ki, atasının saxlanma müddəti avqustun 26-da saat 08:00-da başa çatıb. Buna baxmayaraq, istintaq orqanları onun barəsində yenidən həbs qətimkan tədbiri seçilməsini istəyib.

Robert Köçəryan və oğlu Sedrak avqustun 25-də saxlanılıb. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda pul yuma və rüşvətlə bağlı ittihamlarla üzləşiblər.

Köçəryanın saxlanılmasından sonra səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib.