Türkiyənin paytaxtı Ankarada cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat çərçivəsində 67 şübhəli şəxs həbs edilib.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, Ankara Baş Prokurorluğunun koordinasiyası ilə aparılan araşdırmalar nəticəsində cinayətkar qruplaşmalarla əlaqəli olan 114 şübhəlinin kimliyi müəyyənləşdirilib.
"Onlardan 82-si barəsində saxlanılma qərarı çıxarılıb, 67-si barəsində həbs qərarı verilib. Digər 15 şübhəli isə məhkəmə nəzarəti tədbiri ilə azadlığa buraxılıb", - məlumatda qeyd olunub.
Hazırda Baş Prokurorluq tərəfindən digər şübhəlilərin tutulması istiqamətində araşdırmaların davam etdirilir.