Son xəbərlər

Paşinyan Qriqoryana istefa iradı tutdu: “O zaman etiraz etməli idi”

Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Aİ-yə üzvlük prosesinə başlamaq haqqında qanun qəbul ediləndə istefa verməməkdə ittiham edib.

Sherg.az xəbər verir ki, Paşinyan brifinq zamanı bildirib ki, Qriqoryan mövqeyində prinsipial idisə, 2025-ci ilin martında qanun qəbul ediləndən sonra istefa verməli idi.

Baş nazirin sözlərinə görə, o, Qriqoryanın Təhlükəsizlik Şurasının katibi vəzifəsində fəaliyyətini dayandırmaq qərarı verib və ona başqa iş təklif edib, lakin Qriqoryan bundan imtina edib.

Paşinyan Qriqoryanın onun mövqeyini dolayısı ilə cəmiyyətə çatdırması barədə iddiaları da rədd edib. O, Aİ-yə üzvlüklə bağlı qanunun ləğvini isə mümkün hesab etmədiyini vurğulayıb.

Xatırladaq ki, Armen Qriqoryan “Aİ-yə üzvlük illüziyası” adlı məqaləsində Ermənistanın Avropaya inteqrasiya siyasətini tənqid edib. O bildirib ki, Aİ-yə üzvlük perspektivi ölkənin siyasi, coğrafi və iqtisadi reallıqlarına uyğun deyil və bu istiqamətdə atılan addımlar Ermənistanın Rusiyadan asılılığını daha da artıra bilər.