Urmiya gölündə son vəziyyət: 18 dəfə artım...

Urmiya gölündə suyun həcmi 18 dəfə artıb.

Axar.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bildirilib ki, ötən ilin noyabrında göldə suyun həcmi 240 milyon kubmetr, sahəsi isə 456 kvadrat km idi.

Sözügedən məlumatların hazırkı durumla müqayisəsi onu göstərir ki, su həcmi 18 dəfə artıb və gölün vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb.