
İtaliya ilə əməkdaşlıq Azərbaycanın müdafiə sənayesində müstəqilliyini gücləndirəcək - ŞƏRH
02:35 25.07.2025
Gündəm
674
Regional təhlükəsizlikdə yeni səhifə açılır
İyulun 24-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Luçano Portolanonu qəbul edib. Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, italiyalı qonağı salamlayan müdafiə naziri onu ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.
Hərbi əməkdaşlığın mövcud vəziyyətini müsbət qiymətləndirən nazir Azərbaycan-İtaliya münasibətlərinin daha da genişləndirilməsinin digər sahələrdə olduğu kimi hərbi sahədə də xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.
General L.Portolano isə öz növbəsində səmimi qəbula görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirib. Qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdıran qonaq ölkələrimiz arasında hərbi əməkdaşlığın hər iki ölkə ordusunun inkişafına töhfə verəcəyini vurğulayıb.
İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskonun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa, həmçinin regional təhlükəsizliyə dair maraq doğuran məsələlər müzakirə olunub.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Sherg.az-a açıqlamasında deyib ki, bu görüş təkcə diplomatik xarakter daşımır, hərbi əməkdaşlıq və Azərbaycanın beynəlxalq sistemə inteqrasiyası baxımından da mühüm məqamları əhatə edir:

“Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Luçano Portolano ilə görüşü, yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, eyni zamanda regional və qlobal təhlükəsizlik müstəvisində strateji əhəmiyyət kəsb edən hadisədir.
İtaliya NATO-nun təsisçi üzvlərindən biri olmaqla yanaşı, bu qurumun əsas hərbi və texnoloji dayaqlarından sayılır. Azərbaycanın İtaliya kimi bir ölkə ilə hərbi sahədə yaxınlaşması, NATO standartlarına uyğun fəaliyyət mexanizmlərinin daha da təkmilləşdirilməsi və Azərbaycan Ordusunun interoperabilitet (əməkdaşlıq qabiliyyəti) səviyyəsinin artırılması baxımından əhəmiyyətlidir. Bu xüsusda birgə təlimlərin keçirilməsi, zabit və əsgərlərin müxtəlif hazırlıq kurslarında iştirak etməsi, dərs mübadilələri və təcrübə paylaşımı NATO ilə əməkdaşlıqda keyfiyyətcə yeni mərhələnin başlanğıcı ola bilər”.
Deputatın sözlərinə görə, İtaliya Avropanın qabaqcıl hərbi sənaye ölkələrindən biridir və texnoloji baxımdan müasir silah sistemləri, pilotsuz uçuş aparatları, radar sistemləri, hava hücumundan müdafiə qurğuları istehsalında böyük təcrübəyə malikdir:
“Azərbaycanın müdafiə sənayesinin inkişaf etdirilməsi üçün bu təcrübədən yararlanmaq, birgə layihələr icra etmək və hətta texnoloji transfer mexanizmləri üzərində işləmək real imkanlar sırasındadır. Bu cür əməkdaşlıq Azərbaycanın hərbi-texniki müstəqilliyini daha da artırmaqla yanaşı, ölkənin müdafiə qabiliyyətini gücləndirəcək. Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün balanslaşdırılmış və praqmatik xarici siyasət yürüdən Azərbaycan, İtaliya ilə hərbi əməkdaşlıq vasitəsilə bu mövqeyini daha da gücləndirir. İtaliya Avropa İttifaqının və NATO-nun üzvü olmaqla yanaşı, Cənubi Qafqazda sülh təşəbbüslərinin dəstəklənməsi yönündə maraqlı tərəf kimi çıxış edə bilər. Bu isə regionda təhlükəsizlik təhdidlərinin qarşısının alınmasında mühüm rol oynaya bilər”.
A.Nağıyev həmçinin qeyd edib ki, görüş, sadəcə hərbi sahədə deyil, həm də strateji diplomatiya baxımından önəmlidir. Bu cür yüksək səviyyəli görüşlər dövlətlərarası etimadın artmasına, müdafiə sektorunda şəffaflığın və uzunmüddətli tərəfdaşlıq üçün zəminin formalaşmasına xidmət edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm