Narahatlığa əsas yoxdur
Yusif Nəzərli
07:28 22.09.2023
Elm və Təhsil
1294
Peşə təmayüllü siniflərə keçənlər 11 illik tam orta məktəbi başa vurmuş sayılacaq
Yeni tədris ilindən 116 məktəbdə peşə təmayüllü siniflər fəaliyyətə başlayıb. Bununla bağlı Elm və Təhsil Nazirliyinin məlumatında bildirilir ki, hazırda bu siniflərin sayı 232-yə çatmaqla 196 məktəbdə 3 500-dən çox şagirdi əhatə edir. 2026-cı ilədək peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin sayının 15 faizə çatdırılması nəzərdə tutulub. Peşə təmayüllü siniflərdə təhsil almaq üçün 9-cu sinfi bitirdikdən sonra ərizə ilə həmin siniflər mövcud olan məktəblərə müraciət etmək lazımdır. Peşə təmayüllü siniflərə keçid, həmçinin burada təhsil tamamilə ödənişsizdir. Peşə təmayüllü siniflərdə şagirdlərə ümumi təhsil fənləri ilə bərabər, müvafiq peşə ixtisasına uyğun nəzəri və praktik dərslər də keçirilir. Tədris ilinin sonunda şagirdlər təhsil aldıqları peşə ixtisasları üzrə imtahan verərək dövlət nümunəli sertifikat əldə edirlər. Bununla yanaşı, şagirdlərin səriştəliliyinin artırılması məqsədilə onlara əsas səriştələr fənni tədris olunur. Qeyd edilir ki, 10-11-ci siniflər üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin təşkilində məqsəd şagirdlərin müxtəlif peşə ixtisasları üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaratmaq, onlara sahibkarlıq bacarıqları aşılamaq, həmçinin əmək bazarının tələblərinə uyğun kadrlar yetişdirməkdir.
Şagirdləri və valideynləri düşündürən məsələ isə peşə təmayüllü siniflər olan məktəblərə keçid edərlərsə, 11 illik tam orta məktəbi bitirmiş hesab edilib-edilməyəcəkləridir. Peşə ixtisasına yiyələnmək üçün başqa məktəbə transfer edən şagird peşə məktəbini bitirmiş hesab olunacaqmı?
Məsələyə aydnlıq gətirən təhsil üzrə ekspert Elşən Ramizoğlu “Sherg.az”a açıqlamasında qeyd etdi ki, ümumtəhsil məktəbinin daxilində peşə təmayüllü siniflər açıla bilər. Bu cür siniflərin açılması üçün müəyyən əsas amillər nəzərə alınır, sinif sayı, şagirdlərin istəkləri və s. Bu siniflər də həmin məktəbin daxilindədir. Məsələn ,10 B olmur, 10P olur. Burda da peşə təmayüllü siniflərə uyğun dərslər keçilir. Məktəbi bitirdikdə şagirdlər digər siniflərdə olduğu kimi attestat da alırlar, həmçinin əlavə olaraq peşə üzrə sertifikat da alırlar. Yəni digər siniflər kimi təhsilini başa vurmuş sayılırlar:
- Narahatlığa əsas yoxdur. Peşə təmayüllü siniflərə keçənlər 11 illik tam orta məktəbi başa vurmuş sayılacaq. Üstünlük bundadır ki, bu şagirdlər əlavə peşəyə də yiyələnmiş olacaqlar. Hazırda ən müxtəlif peşə sahiblərinə çox ehtiyac var. Əmək bazarının tələbləri hər gün dəyişir, dəyişməklə bərabər, tələblər həm də böyüyür. Sahibkarlıq getdikcə inkişaf edir deyə, müxtəlif peşə sahiblərinə də böyük ehtiyac yaranır. Saç ustası, aşbaz, dərzi, inşaat ustası, elektrik, taxta, bəzək işləri, dülgərlik, elektromexanika, internet, kompüter ustası, operator işi... hansı tərəfdən baxsan, bu və bu səpkidən peşələrə həmişə ehtiyac olub. İndi daha çoxalıb, getdikcə də artır. Ali məktəbi bitirmiş yüksəkixtisaslı kadr iş tapmaqda çətinlik çəkir, ancaq peşəsi olan iş də tapır, qazanır da. Ona görə də peşə təhsilinin inkişafı, genişlənməsi çox yaxşıdır. Əlbəttə, daha yaxşı olar ki, əmək bazarının tələbləri nəzərə alınmaqla müasir peşələr şagirdlərə öyrədilsin. Məsələn, sənaye, informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə peşələr. Çünki hazırda bu peşələrə də çox ehtiyac duyulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya