"Oğuz" İctimai Birliyi yeni layihəyə imza atdı
Yusif Nəzərli
09:27 23.09.2023
Cəmiyyət
657
"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupu İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi növbəti layihəni uğurla başa vurub. Layihə çərçivəsində müxtəlif dövrlərin bir sıra erməni yazarlarının mənbələrində Azərbaycan tarixinə və coğrafiyasına dair iqtibaslar toplanaraq bir araya gətirilib və dilimizə tərcümə edilərək kitab şəklində nəşr edilib. Bu sırada erməni-hay yazarları Yegişenin, Favstos Buzandın yazdıqları ədəbiyyatlar, eləcə də, 1722-1736-cı illərin erməni anonim xronikası tarixçi və tədqiqatçılar tərəfindən diqqətlə incələnib, həmin qaynaqlarda olan Vətənimizlə bağlı məlumatlar toplanıb və gələcəkdə tarixçilərimizin ixtiyarına verilmək məqsədilə dilimizə tərcümə edilərək kitab halına salınıb və "Bəzi erməni mənbələrində Azərbaycan tarixinə dair iqtibaslar" adı ilə kütləvi tirajla nəşr olunub. Birliyin sədri Ceyhun Bayramlı verdiyi açıqlamada əsasən erməni Qriqorian kilsəsinin dəstəyi ilə müxtəlif dövrlərdə ərsəyə gətirilmiş çoxsaylı erməni mənbələrində Vətənimizin tarixi və coğrafiyası, eləcə də, müxtəlif tarixi şəxsiyyətlərimiz barədə hansı məlumatların yer aldığı, nələrin təhrifə uğradıldığı hər zaman bizləri düşündürüb və narahat edib. Yüz illər boyu xalqımıza qarşı sistemli fəaliyyət göstərmiş və şovinizm xəstəliyinə düçar olmuş bir toplumun istinad etdiyi əsas faktorlardan biri də məhz həmin erməni mənbələridir. Əsrlər boyu erməni-hay etnosunun maraqlarının ruporu rolunda çıxış etmiş erməni Qriqorian kilsəsinin bizlərə yönəlik məkrli niyyətlərini, tarixi saxtalaşdırmaq və ermənilərə saxta "qədim tarix" və milli ideologiya qurmaq cəhdlərini təməlli olaraq ifşa etmək üçün bu ədəbiyyatların tədqiqatçılarımız tərəfindən dərindən incələnərək araşdırılmasına ehtiyac vardır, bu baxımdan da sözügedən layihənin Azərbaycan cəmiyyəti üçün əhəmiyyəti böyükdür. "Oğuz" İctimai Birliyi tərəfindən başladılan iş əslində cəmiyyətimiz üçün olduqca aktual bir mövzuya nüfuz etmək, tarixçilərimizin və ictimaiyyətimizin məlumat bazasını genişləndirmək məqsədi daşıyır və gələcəkdə bu işin ardıcıl şəkildə davam etdirilməsi, digər erməni yazarlarının bizlərlə bağlı verdiyi məlumatların sistemli bir şəkildə toplanaraq saf-çürük edilib elmi ictimaiyyətin ixtiyarına verilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm