“Ziyayi Qafqaziyyə” kitabının təqdimatı keçirilib
Yusif Nəzərli
10:38 20.02.2024
Ədəbiyyat
1303
Mətbuat Şurasının və Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Ziyayi Qafqaziyyə (1880-1884)” kitabının təqdimatı keçirilib.
Təqdimatda hər iki qurumun təmsilçiləri, o cümlədən, elmi ictimaiyyət və media mənsubları iştirak edib.
Tədbir iştirakçıları Azərbaycan qəzetçilik tarixində özünəməxsus yerə sahib "Ziyayi-Qafqayiziyyə" haqqında fikirlərini bölüşüb ümumi fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, “Ziyayi-Qafqaziyyə” qəzetinin transfoneliterasiyası - “Ziyayi Qafqaziyyə (1880-1884)” adlı kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çapdan çıxıb.
“Elm və təhsil” nəşriyyatında ərsəyə gəlmiş yeni nəşrin baş redaktoru və ön söz müəllifi AMEA-nın Prezidenti akademik İsa Həbibbəyli, çapa hazırlayanı və redaktoru filologiya elmləri doktoru, professor Vüqar Əhməd, rəyçiləri akademik Teymur Kərimli, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli və filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.
“Ziyayi-Qafqaziyyə” qəzetini transfoneliterasiya edən, lüğət, izah və şərhlərin müəllifi mərhum alim, “Vətən uğrunda” qəzetinin baş redaktoru olmuş Müştəba Əliyevdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol