
Natiq Cəfərli: 13-cü əməkhaqqı yalnız rəhbərliyin qərarı ilə ödənilir
13:25 04.03.2024
Sosial
587
Bazar günü İsveçrədə keçirilən referendum zamanı seçicilər təqaüd yaşının artırılmasının əleyhinə, pensiya ödənişlərinin artırılmasının isə lehinə səs veriblər. AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, səsvermədə iştirak edən isveçrəlilər həmkarlar ittifaqlarının 12 aylıq pensiyadan əlavə hər il 13-cü pensiyanın verilməsi təşəbbüsünü dəstəkləyiblər. Referendumun nəticələri pensiyaçıların tarixi qələbəsi adlandırılıb. Alp ölkəsində pensiyaçılara hazırda dövlətdən 2 min 550 avro verilir. Lakin isveçrəlilərin fikrincə, bu, əsasən böyük şəhərlərdə normal yaşamaq üçün kifayət etmir. Hakimiyyət isə pensiya ödənişlərinin artırılmasının büdcəyə baha başa gələcəyi barədə xəbərdarlıq edib. Referendum zamanı seçicilər, həmçinin pensiya yaşının 66-ya qaldırılması təşəbbüsünün əleyhinə çıxıblar.
Bəs, Azərbaycanda təqaüdçülərə 13-cü pensiya verilə bilər? Ümumiyyətlə,ölkədə 13 cü əməkhaqqının ödənilməsi ilə bağlı prosses nə yerdədir və kimlərə şamil olunur?
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanda 13-cü əməkhaqqı işə götürənin verdiyi qərarla müəyyənləşir:

"Yəni, bu qanunla tənzimlənmir. İstər dövlət, istərsə də özəl sektorlarda yalnız rəhbərliyin qərarı ilə 13-cü əməkhaqqı ödənilir. Bir sözlə, qanunda nəzərdə tutulsa da, bu könüllülük əsasında həyata keçirilir. Keçən il Azərbaycan höküməti təqaüdçülərə birdəfəlik yardım olaraq 200 manat ödədi. Fikrimcə, bunu qanun şəklinə salmaq daha yararlı olar. Türkiyədə seçkilərdən öncə bir və ya iki təqaüdün hədiyyə olaraq ödənildiyinin şahidi oluruq. Azərbaycanda da 13-cü təqaüdün ödənilməsini uğurlu addım kimi hesab etmək mümkündür. Siyasi təşkilat olaraq seçkilər zamanı bu təkliflə çıxış etməyi düşünürük. Bu qərar vətəndaşların, təqaüdçülərin sosial vəziyyətinə müsbət təsir edəcək. Bunun üçün isə qanun dəyişikliyinə ehtiyac var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya