Nəriman Axundzadə ən yaxşı gənc vingerlər arasında
Yusif Nəzərli
15:36 24.12.2024
İdman
812
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) 2024-cü ilin 21 yaşadək ən yaxşı futbolçularının siyahısını hazırlayıb.
QOL.az xəbər verir ki, bu, qurumun illik yekun hesabatında yer alıb.
64 liqada 2004-cü il və daha sonra anadan olmuş sağ vingerlər arasında Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Nəriman Axundzadə də var. O, ən çox məhsuldar ötürmə verən və qapıya zərbə vuran futbolçuların sıralamasında 75.1 xalla 7-ci yeri tutub.
Siyahının 1-ci pilləsində isə Türkiyə yığmasının və "Real"ın futbolçusu Arda Gülər (81.4 xal) yer alıb.
Qeyd edək ki, Nəriman Axundzadə bu mövsüm "Qarabağ"ın heyətində bütün turnirlərdə 20 oyunda meydana çıxıb, 4 qol vurub (Premyer Liqada) və 9 qolun ötürməsini edib (7-si Premyer Liqa, 2-si Çempionlar Liqasının təsnifat mərhələsində).
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya