“Qarabağ”ın oyununa görə sabah metro gücləndirilmiş rejimdə çalışacaq
Yusif Nəzərli
13:36 30.09.2025
Cəmiyyət
455
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” Futbol Klubunun növbəti matçı ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.
"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, oktyabrın 1-də “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçla əlaqədar paytaxtımızda təşkil edilən kütləvi tədbirlər və Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Saat 20:45-də başlanacaq oyuna azarkeş marağı nəzərə alınaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə bir sıra tədbirlər görüləcək. “Gənclik” stansiyasında nəzarət mexanizmləri artırılacaq, əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib ediləcək.
Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da həyata keçiriləcək. Sərnişin axınının intensivliyinə əsasən zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında qatarlar payız-qış iş rejiminin qrafikinə uyğun hərəkət edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya
Media Kuboku 2026-nın püşkü atıldı
17:07 14.07.2026
İdman
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
17:06 14.07.2026
Cəmiyyət