Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
21:57 07.11.2025
Media
566
Azərbaycan jurnalistləri adından Mətbuat Şurasının İdarə Heyəti 8 noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sherg.az xəbər verir ki, məktubda deyilir:
Möhtərəm cənab Prezident,
Dövlətimizin rəhbəri və Müzəffər Ali Baş Komandan kimi Sizin müdrik, prinsipial və qətiyyətli siyasətiniz, xalqımızın sarsılmaz iradəsi, dövlət-xalq birliyi, rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində müasir tariximizin ən parlaq səhifələrindən birinə çevrilmiş 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünü böyük qürurla qeyd edirik.
Siz yalnız hərb meydanında deyil, eyni zamanda, diplomatiya və informasiya cəbhələrində aparılan mübarizə nəticəsində qazanılmış bu şanlı Qələbənin əsas memarısınız.
44 günlük Vətən müharibəsi dövründə dünyanın 30-dan artıq nüfuzlu media qurumuna verdiyiniz müsahibələrdə Azərbaycanın haqlı mövqeyini, tarixi ədalətin bərpası uğrunda aparılan mübarizəni yüksək peşəkarlıq və böyük məharətlə ifadə etdiniz. Bəzən qərəzli sualları belə tarixin və ədalətin səsi kimi təmkinlə cavablandırdınız, fakt və arqumentlərlə xalqımızın səsini bütün dünyaya çatdırdınız.
Azərbaycan mediası, jurnalistlərimiz Sizin ətrafınızda yumruq kimi birləşərək həm cəbhə bölgəsindən, həm də diplomatik və informasiya səngərlərindən vətəndaşlarımızı, beynəlxalq ictimaiyyəti operativ və obyektiv məlumatlandırdılar. Jurnalistlərimiz məhz Sizdən nümunə götürərək Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, ölkəmizə yönəlmiş dezinformasiya və təxribatlara qarşı mübarizədə əsl peşəkarlıq və vətənpərvərlik nümunəsi göstərdilər. Onlar informasiya cəbhəsinin əsgərlərinə çevrilərək Zəfərin qazanılmasına mənəvi və ideoloji töhfə verdilər.
Bu gün artıq müharibə geridə qalıb, xalqımız işğaldan azad olunmuş torpaqlarımızın dirçəlişi və “Böyük Qayıdış” dövrünü yaşayır. Sürətlə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir infrastrukturun yaradılması, şəhər və kəndlərin yeni simasının formalaşması Azərbaycan dövlətinin gücünü və iradəsini bütün dünyaya nümayiş etdirir. Bu prosesdə Azərbaycan mediası da fəal iştirak edir – görülən işləri işıqlandırır, Vətən torpaqlarına qayıdan insanların sevincini, quruculuğun miqyasını və dövlət siyasətinin mahiyyətini xalqa və dünyaya dolğun çatdırır.
Sizin mediaya göstərdiyiniz diqqət və qayğı jurnalistlər üçün həm mənəvi dəstək, həm də böyük stimul mənbəyidir. Medianı milli maraqların müdafiəsində mühüm qüvvə kimi qiymətləndirməyiniz, onun azad, məsuliyyətli və vətənpərvər fəaliyyətinə verdiyiniz önəm ölkəmizdə media mühitinin inkişafına yeni nəfəs gətirib.
Bu inkişafın bariz nümunələrindən biri də Şuşa Qlobal Media Forumudur. Ölkəmizin mədəniyyət paytaxtı Şuşada keçirilən bu mötəbər tədbir təkcə media müzakirəsi deyil, həm də Azərbaycanın dünyaya bəyan etdiyi sülh, ədalət və əməkdaşlıq mesajının ifadəsidir.
Möhtərəm cənab Prezident,
Bu möhtəşəm və tarixi gündə Sizi media ictimaiyyəti, jurnalistlərimiz adından təbrik edir, uzun ömür, möhkəm cansağlığı, ölkəmizin daha da inkişafı, milli dövlətçiliyimizin möhkəmlənməsi naminə ali və şərəfli dövlət fəaliyyətinizdə uğurlar arzulayırıq.
Qoy, bu Zəfər gələcək nəsillərə milli birlik, dövlətçilik və qürur nümunəsi olsun!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə