6 yaşlı balamız ağır xəstədir
07:44 19.11.2021
Sağlamlıq
661
Həcər ilk növbədə Mehriban xanım Əliyevadan və xeyirxah xalqımızdan kömək umur
6 yaşlı Həcər ilk növbədə dövlətimizdən, Heydər Əliyev Fondunun prezidenti, birinci vitse-prezident Mehriban xanım Əliyevadan, həmçinin xeyirxah xalqımızdan kömək umur. Həcər balamız ağır xəstədir. Həcər Ceyhun qızı Musayeva 2015-ci il oktyabrın 2-si dünyaya gəlib. Anadan normal, sağlam körpə kimi doğulub.
Fiziki və psixi inkişafında heç bir qüsur olmayıb. İnfeksion xəstəliklər keçirməyib. Ailədə Həcərdən başqa daha 2 azyaşlı uşaq var. Onlar sağlam böyüyürlər. Həcərin səhhətində isə 3 ay əvvəl problemlər yaranıb. Zəiflik, halsızlıq, yüksək hərarət, daha çox bel nahiyəsində hiss edilən sümük ağrıları başlayıb. Valideynləri əvvəlcə sahə həkiminə müraciət edib. Uşağa ambulator müalicə təyin edilib. Lakin vəziyyəti yaxşılaşmayıb, əksinə, getdikcə ağırlaşıb. Həcər 2021-ci ilin iyul ayında hemotoloq müayinəsinə aparılıb.
Ondan analiz üçün sümük iliyi alınıb. Analiz nəticəsində uşağa B hüceyrəli kəskin leykoz diaqnozu qoyulub. Sonra uşağın vəziyyəti daha da ağırlaşıb və o, Milli Hemotologiya və Transfuziologiya Mərkəzinə qəbul edilib.
MHTM-də uşağa kəskin limfoblast leykemiya diaqnozu qoyulub. Lakin xəstəliyin müalicəsi üçün ailənin maddi imkanı yoxdur. Çarəsiz qalan valideynlər böyük ümidlə ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edirlər. Mehriban xanımın humanistliyinə, uşaqlara daim qayğı göstərməsinə güvənərək Həcər balanın da müalicəsi üçün yardım göstərəcəyinə inanırlar.
Həmçinin xeyirxah insanları da Həcərə kömək etməyə səsləyirlər. Müalicə üçün vəsaitin toplanacağı bank kartı rekvizitləri də təqdim olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya