
Adil Qeybulla: Meymunçiçəyinin pandemiyaya çevrilmək riski yoxdur, amma...
Yusif Nəzərli
12:48 26.08.2024
Sağlamlıq
814
Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Ancaq vətəndaşlar yeni pandemiyanın başlayacağından narahatdırlar.
Belə ki, Baku.ws-in "qaynar xətti"nə gələn sorğuların çoxu valideynlərin meymunçiçəyinin yayılma riski ilə bağlı tədrisin onlayn olacağı və ya vaxtının dəyişdiriləcəyi ilə bağlı olub.
Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Mətbuat Xidmətindən bildirilib ki, yeni tədris ilinə hazırlıq məqsədilə təhsil müəssisələrində müvafiq ixtisaslaşmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir:
"Hər hansı bir xəstəliyə kütləvi yoluxma halı baş verdikdə təhsil müəssisəsinin bağlanması, tədrisin distant formaya keçirilməsi ilə bağlı qərar digər aidiyyəti qurumlar tərəfindən verilir. Bildiririk ki, məktəblilər arasında hər hansı xəstəliyə yoluxma ilə bağlı statistik məlumatı aidiyyəti səhiyyə qurumu müəyyən edir. Buna baxmayaraq, ənənəvi qaydada məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilir. Səhhətində narahatlıq müşahidə edilən məktəblilər tibb bacısı və ya həkim tərəfindən ilkin müayinə olunur, valideyn ilə əlaqə saxlanılır, şagirdin vəziyyətinə uyğun tədbirlərin görülməsi təmin edilir. Valideynlərə tövsiyə edilir ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduqları halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olmaları məqsədəuyğun deyil".
Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, infeksiyanın pandemiyaya çevrilməsi uzun prossesdən keçir:

“Epidemiya bir neçə şəxsin və ya qrupun içərisində yayılan hər hansı bir infeksiyanın müəyyən bir arealda mövcud olmasıdır. Məsələn, Azərbaycanda və ya başqa bir ölkədə infeksiya yayılırsa, artıq bu epidemiyadır. Ancaq pandemiya, infeksiyanın bir neçə ölkəni aşması, hətta ayrı-ayrı dövlətlərə keçməsidir. Qlobal pandemiya isə bütövlükdə dünyanı əhatə edir. Meymunçiçəyi virusu çiçək kimilər qrupuna aid olsa da, pandemiyaya çevrilmək riski yoxdur. Ümumiyyətlə təbii çiçək çox kantagoz və xüsusi təhlükəli imfeksiyadır. Bu xəstəlik vaxtıilə böyük pandemiyalar yaradaraq milyonlarla insan tələfatına səbəb olub. Ancaq meymunçiçəyinin bu cür pandemiya yaratmaq riski və ehtimalı çox aşağıdır. Düzdür, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xüsusi fövqaladə hal elan edib. Hesab edirəm ki, bu düzgün addımdır. Çünki Corona virus pandemiyasından aldığımız dərslər ehtiyyatlı olomağı göstərirdi. Mən düşünmürəm ki, meymunçiçəyi virusu bu cür pandemiyalar yarada bilər. Lakin istənilən halda bütün sürprizlərə hazır olmaq lazımdır. İnfeksiyanın vaxtında lokallaşdırılması və aradan qaldırılması üçün ÜST-ün tövsiyyələri əsasında hərəkət etməli, transsərhəd keçid zonalarında nəzarəti gücləndirməli və əhalinin maarifləndirilməsi işini artırmalıyıq. COP29 ərəfəsində məktəblər onlayn təhsilə keçə bilər. Lakin bu virusa görə məktəblərin distant təhsilə keçirilməsinə ehtiyyac olduğunu düşünmürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm