Antibiotiklərdən qaçın!
Məlahət Rzayeva
10:13 18.12.2020
Sağlamlıq
824
Həkimsiz heç kimə inanmayın
Bəziləri düşünür ki, qabaqcadan sistem qoşmaqla koronavirusdan qurtulmaq olur
Əgər xəstədə koronavirus xəstəliyinin gedişatına əlavə olaraq bakteriya qoşulubsa, antibiotik istifadə edilməlidir. Lakin bakterial infeksiya yoxdursa, antibiotik müalicəyə kömək etmir, bu, əksinə, orqanizmə ciddi zərər verə bilər.
Bu barədə Azərbaycan Tibb Universitetinin həkimi Aydın Əliyev danışıb. Onun sözlərinə görə, xəstəyə antibiotikin lazım olub-olmadığı müvafiq qan, yaxma və bəlğəm analizləri ilə təyin edilir. Bunlar olmazsa, yalnız ixtisaslaşmış həkim COVİD-19-un müalicəsi üçün antibiotikin lazım olub-olmadığını müəyyən edərək onu xəstəyə təyin edə bilər.
Həkim qeyd edib ki, yanaşı xəstəliyi olmayan yüngül COVİD-19 xəstələrinə sistem köçürmək lazım deyil, çünki bu xəstələr maye içə bilirlər: "Hazırda əksər xəstələrin orqanizmi özlərinin və savadsız həkimlərin səhvləri ucbatından həm virusla, həm antibiotiklə, həm hormonal preparatlarla, həm hipervitaminozla, həm də lazımsız sistemlərlə mübarizə aparır! Lazımsız yerə orqanizmi bu qədər yükləyib məhv etməyin! Antibiotiklər çox ağır dərman preparatlarıdır! Deksametazon isə çox güclü hormonal preparatdır! Təəssüf ki, lazım olmadığı halda bu preparatlardan istifadə edib öz xəstəliyini ağırlaşdıran, hətta həyatını itirən çox insanlar var. Göstəriş olmadan bu dərmanları hər hansı formada qəbul etmək çox ciddi fəsadlara gətirib çıxarır! Özünüzü məhv etməyin!".
Təcili Tibbi Yardım həkimiŞahvələd Məmmədov “Şərq”ə açıqlamasında doktor Aydın Əliyevin iradlarının tamamilə əsaslı olduğunu bildirdi:
- Pasiyentlərin çox sayda dərmana meyl etməsində psixoloji amilin böyük rolu var. Bəzi insanlar yanlış olaraq belə düşünür ki, virusdan qorunmağın yeganə yolu qabaqcadan dərman içmək, müxtəlif dərman preparatları qarışığı ilə iynə vurdurmaq, sistem qoşdurmaqdır. Həkim məsləhəti olmadan bunları etmək, orqanizmə ziyan verir, hətta ölümə də səbəb olur.
Preventiv tədbirlər lazımdır. Lakin baxır hansı şəraitdə, hansı xəstəliyə qarşı. Əgər insan konkret olaraq koronavirusa yoluxub-yoluxmadığını bilmirsə, bu, analizlər vasitəsilə müəyyənləşməyibsə, orqanizmi dərmanlarla yükləməyin mənası yoxdur. Aparılan tədqiqatlar sayəsində artıq dəqiqləşib ki, koronavirusa yoluxmuş insanların 80 faizi xəstəliyi yüngül keçirir. Cəmi 5 faiz ağır, 15 faiz isə orta-ağır keçirir. Ona görə də qorxuya düşməyə, stresə, həyəcana qapılmağa ehtiyac yoxdur. Həkimlərin tövsiyəsi yoluxucu xəstəliklərdə tələb olunan qaydalara ciddi riayət edilməsidir.
Tibbi maskalardan istifadə, sosial məsafənin gözlənməsi, kütləvi toplaşama yerlərinə getməmək və sanitar-gigiyenik qaydalara əməl etmək, əllərin dezinfeksiyaedici məhlullara dezinfeksiya edilməsi. Həmçinin orqanizmin immunitetinin mümkün qədər möhkəmləndirilməsi. Antibiotiklərin istifadəsində xüsusi ilə diqqətli olmalıyıq.
Təsəvvür edin ki, hətta pnevmaniyada həkimlər antibiotikləri ehtiyatla təyin edir. Çünki antibiotiklər orqanizmi zəiflədir. “Deksametozon” kimi hormonal preparatdan yalnız tənəffüs pozğunluğu, nəfəs darlığı, nəfəs çatışmazlığı zamanı istifadə edilir.
“Deksametozon” müalicə dərmanı deyil. Onu bir sıra başqa xəstəliklər zamanı da nəfəsalma yüngülləşsin deyə istifadə edirlər. Koronavirusdan ölüm hallarının bir çox səbəbləri olur. Bəzən insanlar həkimə gecikmiş müraciət edir. Vaxtında müayinə olunmur, analiz vermir, virusun varlığı, yoxluğu bilinmir deyə, uyğun müalicə də gec yazılır.
Həkim təyinatı olmadan dərman qəbuluna ehtiyatla yanaşmaq lazımdır. Ən yaxşısı, mütləq həkimin rəyini almaq, vəziyyətdən xəbərdar olduqdan sonra ona uyğun da müalicəyə başlamaqdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi