Arxayınlaşmaq olmaz
Məlahət Rzayeva
09:43 29.12.2020
Sağlamlıq
651
Peyvənd oldu, olmadı maskalardan mütləq istifadə olunmalıdır
"Biz karantin qaydalarını pozmamalıyıq. Əksinə, daha da ciddi riayət etməliyik ki, yoluxma təkrar artmasın"
Avropa koronavirus əleyhinə peyvəndləməyə başladı. Avropa İttifaqı ölkələrində peyvəndləmə "Pfizer" və "BioNTech" şirkətləri tərəfindən istehsal olunan dərman vasitələri ilə aparılır. Peyvəndlər Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənib.
Dərmanın gətirilməsi Almaniya, Fransa, İtaliya, İspaniya, Avstriya və Bolqarıstana həyata keçirilir. Belçika və Lüksemburqda vaksinləməyə 28 dekabrdan başlanıb. Niderlandda isə 8 yanvar tarixindən başlanacaq.
Qardaş Türkiyədə COVİD-19 əleyhinə peyvəndləmənin başlanması isə ləngiyir. Türkiyə Səhiyyə naziri Fahreddin Koca bildirib ki, ləngiməyə səbəb Çinin gömrük-keçid məntəqələrində zəruri yoxlama tədbirlərinin həyata keçirilməsidir. F.Koca qeyd edib ki, vaksinlərin ölkəyə gətirilməsində bir-iki gün geçikmə olacaq. Nazir həmçinin peyvəndin məcburi olmadığını, lakin zəruriliklə bağlı əhali arasında lazımi qaydada təbliğat aparılmasının vacibliyini vurğulayıb.
Koronavirusa qarşı peyvəndləmə aksiyasına başlamış Avropa ölkələrində isə əhali tibbi maskalardan xilas olacaqlarına sevinir. Amma mütəxəssislər peyvəndə güvənib karantin qaydalarını görməzdən gəlməyin ağır nəticələr yarada biləcəyinə diqqət çəkir. Mütəxəssislər bu fikirdədir ki, peyvəndin müsbət nəticələri, peyvənd olunmuş insanların artıq heç bir təhlükə və risk daşımadığı rəsmi təsdiqlənməyədək karantin qaydalarına indiyədək olduğu kimi ciddi əməl edilməlidir. Tibbi maskaların taxılmaması, sosial məsafənin gözlənilməməsi və bu kimi karantin tələbləri tez-tez pozulacağı təqdirdə yoluxma sayında arzu edilən enməyə nail olmaq çətinləşəcək.
Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında karantin qaydalarına əməl edilməsinin birmənalı olduğunu dedi:
- Heç kim arxayınlaşmasın ki, peyvənd olundum, koronavirusdan xilas oldum. Birincisi, Azərbaycanda COVİD-19 əleyhinə vaksinasiya hələ başlamayıb. Vaksinasiyanın başlanacağı tarix də tam dəqiqləşməyib.
Bildiyimiz budur ki, vaksinasiya məcburi deyil, könüllüdür. Amma dövlət vətəndaşların təhlükəsizliyini əsas götürərək ilk növbədə yaşlı insanlar və tibbi personalın peyvəndlənməsinə başlanmasına önəm verir.
Peyvənd yoluxma riskini 94-95 faiz azaldır. Amma peyvəndləmə gərək başlasın, nəticələr bəlli olsun, yoluxma sayının maksimum enməsi, ağır, həmçinin tənəffüs aparatına bağlı xəstə sayının, evə müalicə alan xəstə sayının, o cümlədən də ölüm sayının azalması baş verməlidir ki, biz koronavirusa yoluxma zəncirinin qırıldığını iddia edə bilək. Lakin nə bu zaman, nə də yoluxma dinamikasında müsbət azalma, ölüm hallarının sıfırlanması baş verdikdə belə, biz karantin qaydalarını pozmamalıyıq.
Əksinə, daha da ciddi riayət etməliyik ki, yoluxma təkrar artmasın. Xəstəliyin azalması, sonra isə tədricən aradan qalxması hər birimizin davranışlarından asılı olacaq. Tibbi maskalardan istifadə mütləqdir. Orqanizmin sağlam olmasını, yoluxmaya məruz qalmağımızı istəmiriksə, tibbi maskalardan istifadə etməliyik, həm də düzgün istifadə etməliyik. Bəzən görürsən, vətəndaş maska taxıb, amma maskadan əsər-əlamət qalmayıb. Açıq görünür ki, bəlkə də bir aydır, bəlkə də aylardır eyni maskadan istifadə edir. Maska didilib, tiftiklənib, həm də çirklidir. Belə maskanı taxmağın nə mənası var?
Doktor qeyd etdi ki, hazırda apteklərdə, hətta marketlərdə də tibbi maskalar satılır. Sağlamlığın qayğısına qalaraq tibbi maskaları tez-tez dəyişmək, dezinfeksiyaedici məhlullardan intensiv istifadə etmək lazımdır.
Sosial məsafənin gözlənilməsi də həmçinin vacibdir. Ş.Məmmədov kütləvi yeni il məclislərindən çəkinməyi də tövsiyə etdi. Çalışaq, yeni ilə yoluxmuş halda qədəm basmayaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi